Struktur vahidinin ixtisarı ilə bağlı əmr necə verilməlidir? (Nümünəvi forma)

Struktur vahidinin ixtisarı ilə bağlı əmr necə verilməlidir? (Nümünəvi forma)

Satışı davam edən “A-dan Z-yə: Kargüzarlıq” kitabının “Vakant iş yerlərinin “Məşğulluq” alt sisteminə daxil edilməsi prosedurları və onların rəsmiləşdirilməsi”
 

Tutaq ki, təşkilatımızda 1 ştat vahidi redaktor, 1 ştat baş redaktor vəzifəsi olan redaktorluq struktur vahidi var. Təşkilatın maliyyə vəziyyəti pisləşdiyindən, gəlirlər kəskin şəkildə azaldığından işəgötürən qərara alır ki, struktur vahidini (bölməsini) ixtisar etsin. Bu halda ştat cədvəlinə aşağıdakı şəkildə dəyişiklik edilməsini nəzərdə tutan əmr imzalanmalıdır.

Blank “Alov” MMC

ƏMR

№________

 

Bakı şəhəri                                         ____ ___________________2020-ci il

 Ştat cədvəlində dəyişiklik edilməsi haqqında

“Alov”MMC-nin təşkilati struktrunun təkmilləşdirilməsi məqsədilə

 ƏMR EDİRƏM:

  1. Cəmiyyətin direktorunun ____ ______ 2020-ci il tarixli, ____№-li əmri ilə təsdiq olunmuş 1 yanvar-31 dekabr 2020-ci iş ili üçün ştat cədvəlində aşağıdakı dəyişiklik edilsin:

1.1.  1(bir) ştat vahidi redaktor, 1 (bir) ştat vahidi baş redaktordan ibarət “Redaktorluq” struktur vahidi (bölməsi) ixtisar edilsin.

1.2. Ştat cədvəlindəki dəyişiklik barədə məlumatlar elektron qaydada “Məşğulluq” altsisteminə daxil edilsin.

1.3. Əmrin icrasına nəzarət Kadrlarla iş şöbəsinin müdiri Ağazadə Nazlı Həsənağa qızına həvalə olunsun.

Direktor _______ Nəbili N.N.

Tarix: ________

Təbii ki, bu bölmədə nümunəvi formaları təqdim etdikdə ancaq ştat cədvəli ilə bağlı məsələləri əhatə etməyə çalışırıq. Unutmayın ki, işçi ixtisara düşdükdə və ya onun vəzifəsi ləğv edilərək ştat cədvəlindən çıxarıldıqda müəyyən müddətləri nəzərdə tutan xəbərdarlıq prosedurundan istifadə olunmalı və ona Əmək Məcəlləsinə müvafiq olaraq son haqq-hesab və işdənçıxma müavinətlərinin verilməsini nəzərdə tutan rəsmiləşdirmələr həyata keçirilməlidir. Bu barədə kitabın digər bölmələrində ətraflı məlumat verilib.

 

“A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı yeni nəşri SATIŞDA

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər