Əmək qabiliyyətinin itirilməsi halında müavinətlə bağlı müddət (5 MİSALLA İZAH)

Əmək qabiliyyətinin itirilməsi halında müavinətlə bağlı müddət (5 MİSALLA İZAH)

Satışı bitən "Əmək Qanunvericiliyi və Şərhlər Toplusu 2020" (II nəşr) kitabından seçmə

İndi isə əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı hesablamalar haqqında məlumat verək. Əsasnaməyə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Müddət məsələsini misallarla izah edək.
Misal 1. İşçi 1 oktyabr 2019-cu il tarixdən 30 oktyabr 2019-cu il tarixə kimi əmək qabiliyyətini müvəqqəti itirib. Bu zaman ilk 14 gün üçün, yəni 01-14 oktyabr 2019-cu il tarixlərə düşəcək iş günlərinə görə müavinətin ödənilməsi işəgötürən tərəfindən həyata keçiriləcək. İşçinin 15 -30 oktyabr tarixinə düşən iş günlərinə görə müavinət isə DSMF tərəfindən ödəniləcək.

Misal 2. İşçi 10 oktyabr 2019-cu il tarixindən 20 oktyabr 2019-cu il tarixinə kimi əmək qabiliyyətini müvəqqəti itirib. Bu halda işçiyə əmək qabiliyyətini müvəqqəti itirməsinə görə müavinətin ödənişini işəgötürən həyata keçirəcək. Çünki işçinin əməlk qabiliyyətini itirdiyi müddət 14 gündən azdır.
Misal 3. İşçi 15 oktyabr 2019-cu il tarixindən 5 noyabr 2019-cu ilə qədər əmək qabiliyyətini itirir. 6 noyabr 2019-cu il tarixdə işə başlasa da, 7 noyabr 2019-cu il tarixdə yenidən əmək qabiliyyətini 20 günlük itirməsi haqqında sənəd təqdim edir. Bu zaman xəstəlik vərəqəsində fasilə olduğu üçün, birinci və ikinci xəstəlik vərəqəsinə görə ilk 14 günə düşən iş günlərinə görə müavinət işəgötürən tərəfindən ödənilir.
Misal 4. İşçi 1 noyabr 2019-cu il tarixdə əvvəlcə əmək qabiliyyətini 20 günlük itirməsi haqqında sənəd təqdim etsə də, sonra əmək qabiliyyətinin təkrar itirməsi haqqında sənəd gətirir. Bu halda əmək qabiliyyətinin müvəqqəti itirilməsi xəstəlik vərəqələrinə görə fasiləsiz olaraq ardıcıl davam etdiyi üçün, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin yalnız ilk 14 təqvim günü üçün müavinət sığortaedənin vəsaiti hesabına ödənilir. Qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları DSMF hesabına ödənilir.
Misal 5. İşçinin xəstəlik müddəti 6 aylıq müddəti əhatə edirsə, həmin müddətdən sonra xəstəlik vərəqəsi ödənilməmişdən öncə, o, tibbi sosial ekspert komissiyasına göndərilməlidir. Kitabın üzərindəki CD diskdə yerləşdirilən Nazirlər Kabinetinin 8 yanvar 1993-cü il tarixli, 9 saylı “Xəstəlik vərəqələrinin verilməsi və müalicə-sağlamlıq məqsədlərinə ödənişlərin təyin edilməsi və verilməsi qaydalarının təsdiqi haqqında” qərarda qeyd edilir ki, uzun müddət xəstə olanlar əmək qabiliyyəti itirildiyi gündən başlayıb, xəstələnmə müddəti son 12 ay ərzində ümumiyyətlə, yaxud ardıcıl (eyni xəstəlik üzrə) 6 aydan çox olduqda, yoxlanmaq üçün tibbi-sosial ekspert komissiyasına göndərilir. 
Əgər tibbi-sosial ekspert komissiyası hesab edirsə ki, xəstənin əlil olması və ya sağlamlıq imkanları məhdudluğu barədə qərara əsas yoxdur və onun əmək qabiliyyətini itirməsi davam edirsə, bu halda xəstəlik vərəqəsi təlimatla müəyyən edilmiş qaydada uzadılmalıdır.

“A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı yeni nəşri SATIŞDA

0 Komment

    Şərh yazın

    Xəbərlər