Pandemiya ilə bağlı işçinin növbəli iş rejiminə keçirilməsi prosesi

Pandemiya ilə bağlı işçinin növbəli iş rejiminə keçirilməsi prosesi

Bir məsələni də qeyd edək ki, növbəli iş rejiminə, məsafədən işləməyə, natamam iş həftəsinə və natamam iş vaxtına keçildikdə, işçilər mütləq öncədən rəsmi şəkildə məlumatlandırılmalı, razılıqları alınmalıdır.

Karantin dövründə xüsusi iş rejimi ilə bağlı məlumatlandırmanı tərəflərin razılığının rəsmiləşdirilməsi kimi də başa düşmək olar, belə bildirişin nümunəvi forması aşağıdakı kimi olacaq:

“Alov” MMC-nin işçilərinə

 Bildiriş

İşçiləri pandemiyanın təsirlərindən qorumaq məqsədilə növbəli iş rejiminə keçilməsi barədə

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin ____ _________ 2020-ci il tarixli, ____ №-li qərarına uyğun olaraq işçilərin sağlamlıqlarının qorunması, karantin rejiminin tələblərinə əməl edilməsi yolu ilə pandemiyanın təsirlərinin azaldılması məqsədilə ____ __________ tarixdən 1 (bir) ay müddətində müəssisədə növbəli iş rejiminin tətbiqinə qərar verilmişdir.

Nəzərinizə çatdırırıq ki, növbəti 1 (bir) ayda işçilər iki qrupa bölünəcək, bir həftə evdən, bir həftə ofisdən olmaqla əmək fəaliyyətlərini davam etdirəcəklər. Yeni iş rejimi müddətində işçilərin əmək haqları əmək müqavilələrində nəzərdə tutulduğu qaydada ödəniləcək. 

Xahiş edirik, yeni iş rejimində işləməyə razılığınızı yazılı şəkildə təsdiq edəsiniz. 

Kadrlarla iş şöbəsinin müdiri ________Ağazadə N. H.

Bildirişi aldım, qeyd olunan iş rejimi ilə işləməyə razıyam:

____________ Әliyev N.Ş.  Tarix _______

____________ Muradov C.T.  Tarix _____

                ____________ Salayeva A.M.  Tarix _____

 

“A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı yeni nəşri SATIŞDA

 

0 Komment

    Şərh yazın

    Xəbərlər