Natamam iş vaxtında əmək haqqının minimum və maksimum məbləği necə müəyyən edilir?

Natamam iş vaxtında əmək haqqının minimum və maksimum məbləği necə müəyyən edilir?

Təcrübədə rast gəlinən suallardan biri də natamam iş vaxtında əmək haqqının maksimum və minimum məbləği ilə bağlı qanunvericilik tələbinin olub-olmamasıdır.

Natamam iş vaxtı ilə çalışan işçiyə minimum əmək haqqıdan aşağı maaş verilməsi qanun pozuntusu deyil. Qeyd edək ki, 1 sentyabr 2019-cu il tarixdən minimum əmək haqqı 250 manatdır. İşəgötürən işçi ilə əmək müqaviləsi imzalayıb, natamam iş vaxtı üzrə 100 manat əmək haqqı müəyyən edə bilər. Çünki minimum əmək haqqı məbləği tam iş vaxtı üçün müəyyənləşdirilib. Amma burda bir məsələyə diqqət yetirmək önəmlidir. Misal üzərində baxaq.

Misal. İşəgötürən ixtisassız işçi ilə əmək müqaviləsi bağlayır ki, işçi hər iş günü 7 saat işləyəcək. Amma işəgötürən ona 150 manat aylıq əmək haqqı müəyyənləşdirir. Artıq bu qanunvericiliyə zidd qərar hesab olunur. Çünki tam iş saatına görə minimum aylıq əmək haqqı 250 manat müəyyən edilibsə, o zaman gündəlik 7 iş saatına görə ən azı 218,75 manat ((250 manat x 7 saat) / 8 saat) əmək haqqı müəyyən edilməlidir.

Natamam iş vaxtı üzrə işçiyə verilən əmək haqqının tavan həddinə gəlincə isə, qanunvericilikdə bununla bağlı hər hansı məhdudiyyət qoyulmayıb. Təbii ki, dövlət müəssisələrində Vahid Tarif Cədvəlinə uyğun əmək haqqı ödənişi həyata keçirilirsə, özəl təşkilatlarda bu məbləğ işəgötürən və işçi arasında bağlanan əmək müqaviləsinə uyğun müəyyənləşdirilir.

Misal. Özəl sektorda fəaliyyət göstərən işəgötürən işçi ilə natamam iş vaxtı olmaqla əmək müqaviləsi imzalayıb. Mühasib vəzifəsində, gündəlik 2 saatlıq iş norması ilə çalışan işçiyə aylıq 1000 manat əmək haqqı müəyyən edilib. Burada əmək haqqının hansı məbləğdə olması işçi və işəgötürən arasındakı razılaşma əsasında müəyyən edilir.

 

“A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı yeni nəşri SATIŞDA

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər