Məzuniyyətlərin növbəlilik qrafikinə dəyişiklik necə həyata keçirilməlidir? (NÜMÜNƏVİ FORMA)

Məzuniyyətlərin növbəlilik qrafikinə dəyişiklik necə həyata keçirilməlidir? (NÜMÜNƏVİ FORMA)

İşçi belə bir ərizəyə həyat yoldaşının hamilə olmasını və hamiləliyinin ağır keçməsini təsdiq edən sənədləri əlavə etməlidir. Məzuniyyətin vaxtının dəyişməsi ərizəsinin yazılması ilə bağlı Azərbaycan Respublikasının Əmək Məcəlləsində hər hansı müddət nəzərdə tutulmayıb. Eyni zamanda, ərizənin standart forması da yoxdur, işçi onu əlyazma şəklində yaza və ya komputerdə yığıb çap edə bilər. Təşkilatın rəhbəri işçinin ərizəsi üzərinə müsbət dərkənar qoyduqdan sonra kadrlarla iş şöbəsi müvafiq əmrin layihəsini hazırlayıb təsdiq üçün təqdim edir. Əmrin nümunəvi forması növbəti səhifədəki kimi olacaq:

 

Blank “Alov” MMC

ƏMR

№________

Xaçmaz şəhəri                                  ___ _________________2019-cu il

2019-cu il üçün əmək məzuniyyətlərinin növbəlilik qrafikinə dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 133-cü maddəsinin 4-cü bəndinə, 134-cü maddəsinin 1-ci bəndinə və marketinq şöbəsinin işçisi Quliyev Rza Əşir oğlunun ___ ________2019-cu il tarixli ərizəsinə uyğun olaraq

ƏMR EDİRƏM:

  1. Marketinq şöbəsinin işçisi Quliyev Rza Əşir oğlunun 2019-cu il üçün məzuniyyətlərin növbəlilik qrafikində 01 iyun 2019-cu il tarixindən 30 iyun 2019-cu il tarixinədək nəzərdə tutulmuş 30 təqvim günü əmək məzuniyyəti (əsas və əlavə məzuniyyət müddəti göstərilməklə) 01 aprel 2019-cu il tarixindən 30 aprel 2019-cu il tarixinədək olan dövrə keçirilsin.
  2. İşçinin işə başlama tarixi 01 may 2019-cu il hesab edilsin.
  3. Kadrlarla iş şöbəsinin müdiri Nağıyeva Nazlı Səmədağa qızı ____ ________2019-cu il tarixli, _____№-li əmrlə təsdiq edilmiş əmək məzuniyyətlərinin növbəlilik qrafikində müvafiq dəyişikliyi həyata keçirsin.
  4. Baş mühasib Səlimova Sultanə Sahib qızı əmrin icrasından irəli gələn maliyyə məsələlərini həll etsin.
  5. Əmrin icrasına nəzarət Kadrlarla iş şöbəsinin müdiri Nağıyeva Nazlı Səmədağa qızına həvalə olunsun.

 

Direktor _______ Nəbili N.N.

Əmrlə tanış oldum:

__________ Səlimova S.S.

Tarix: ________

__________ Quliyev R.Ə.

Tarix: ________

 

“A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı yeni nəşri SATIŞDA

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər