Müəssisə ləğv edildikdə, hamilə və ya məzuniyyətdə olan işçinin əmək müqaviləsinə xitam verilir?

Müəssisə ləğv edildikdə, hamilə və ya məzuniyyətdə olan işçinin əmək müqaviləsinə xitam verilir?

Satışı bitən "Əmək Qanunvericiliyi: A-dan Z-yə" kitabından seçmə

Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən, işəgötürən tərəfindən bəzi sosial kateqoriyaya malik olan (hamilə qadın, uşağını təkbaşına böyüdən kişi, şəkərli diabet xəstəsi olan işçi və s.) həmçinin məzuniyyət, ezamiyyədə və digər səbəblərdən işdə olmayan işçilərin əmək müqaviləsinə xitam verilməsi qadağandır. Amma Əmək Məcəlləsinin 79-cu maddəsinin ikinci hissəsində qeyd edilir ki, bu qadağalar müəssisənin ləğvi zamanı keçərli deyil.

Misal. İşçi 1 yanvar 2019-cu il tarixdən analıq məzuniyyətinə çıxıb, sonra isə bir il müddətinə qismən sosial məzuniyyətə çıxıb. İşəgötürən qərar verir ki, 1 noyabr 2019-cu il tarixdən etibarən müəssisə ləğv olunur. Bu zaman işəğötürən işçiyə ləğvetmə haqqında məlumat verməlidir və əmək müqaviləsinin xitamı ilə bağlı Məcəllənin tələblərinə uyğun olaraq müavinət ödənilməlidir. Yəni qısmən ödənişli sosial məzuniyyətdə olan işçi iddia edə bilməz ki, məzuniyyətdə olması səbəbindən onun əmək müqaviləsinə xitam verilə bilməz.
Həmçinin, Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən, işçinin müddətli həqiqi hərbi xidmətdə olduğu müddət ərzində mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisədə iş yeri və vəzifəsi saxlanılır. Müddətli həqiqi hərbi xidmətə çağırılanadək müvafiq müəssisədə işləmiş şəxslər, hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək həmin müəssisədə əvvəlki və ya buna bərabər vəzifəyə (peşəyə) qayıtmaq hüququna malikdirlər.
Amma bu maddə də müəssisənin ləğvinə şamil olunmur. Müəssisənin ləğv olunması zamanı işəgötürənin müddətli həqiqi hərbi xidmətdə olan işçinin iş yeri və vəzifəsini saxlamaq imkanı praktiki olaraq yoxdur.

 “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı yeni nəşri SATIŞDA

 
 
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər