Nihat Əliyevin təqdimatında: İşçidən tutulmalar zamanı vacib məqamlar

Nihat Əliyevin təqdimatında: İşçidən tutulmalar zamanı vacib məqamlar

İşçinin əmək müqaviləsinə ştatların ixtisar edilməsi əsası ilə ( 70 - b) xitam verilmişdir.

İşçiyə son haqq hesab hesablanmışdır (şərti rəqəmlərdir):

  1. Vəzifə maaşı - 500
  2. İxtisar müavinəti - 1300
  3. İstifadə olunmamış məzuniyyət günləri üçün kompensasiya - 200.

İşçi işəgötürənə vuruduğu ziyana görə 2000 manat borcludur.

Suallar:

1.İşçinin yuxarıda yazılan situasiyada son haqq hesabından nə qədər məbləğ tutula bilər?

  1. Tam maddi məsuliyyət barədə müqavilə olarsa neçə həll olunacaqdır?
  2. İşçi özü razı olarsa və ərizəsində qeyd edərsə son haqq hesabından tam olaraq borca silinməsinə, tutulmasına bu zaman yol verilə bilərmi?

Cavablar :

  1. Əmək Məcəlləsinin 175 və 176 - cı maddələrində tutulmalar işçinin əldə etdiyi əmək haqqıdan aparılan tutulmaları nəzərdə tutur. Yəni ki, əmək haqqı dedikdə - vəzifə maaşı, əlavələr ( gecə vaxtı, axşam növbəsi, gecə növbəsi, over time, müvəqqəti əvəzetmələr və s görülən işlərə görə əldə edilən ödənişlər) və mükafatlar nəzərdə tutulur. Yuxarıda qeyd olunan son haqq - hesab məbləğin tərkibində qeyd olunan məbləğlər icərisində yalnız vəzifə maaşı ( 500 manat) əmək haqqı anlayışına daxildir. Ə.M-nin 144-cü maddəsinə əsasən, istifadə olunmamış məzuniyyət günləri üçün kompensasiya əmək haqqı anlayışına daxil deyildir. Ə.M-nin 175-ci maddəsinə əsasən, işdənçıxma müavinətindən tutulmalar aparıla bilməz. Deməli işçinin işəgötürənə olduğu borc yalnız 500 manata münasibətdə tutula bilər. Həmin tutulma faizi isə, bəzi hallar (Ə.M-nin 176-cı maddəsi və İcra haqqında qanunun 65-ci maddəsinə əsasən) istisna olmaqla 50 %-dən çox ola bilməz.
  2. İşəgötürən və işçi arasında tam maddi məsuliyyət barədə müqavilə olsa belə vurulmuş ziyana görə işçinin əmək haqqısından həmin ay üzrə və ya son haqq hesab ödənilən zaman 50 %-dən çox tutula bilməz. Tam maddi məsuliyyət barədə müqavilə o deməkdir ki, işçinin vurduğu ziyana görə tam olaraq məsuliyyət daşıyır. Ancaq həmin ziyana görə tutulma zamanı, ay üzrə 50%-dən çox ola bilməz.
  3. Bu bəzən səhv qeyd olunur ancaq birmənalı formada qeyd etmək lazımdır ki, işçi Ə.M-nin 175-ci maddəsində qeyd olunduğu kimi, yəni ərizəsin yazmaqla vurumuş ziyanın son haqq hesabından və ya əmək haqqısından tam olaraq tutulmasına razı olmasına baxmayaraq, işəgötürən bunu tətbiq edə bilməz və ən çox ( bəzi hallar istisna olmaqla) 50 %-ə qədər tuta bilər. İşçi razı olarsa ki, yuxarıda qeyd olunan situasiyada 2000 manatı birdəfəlik tam olaraq tutulsun və bu işçiyə hesablanmış əmək haqqının 50 %-dən çoxdursa bu artıq Ə.M-nin 176-cı maddəsində göstərilən nomranın pozulmasıdır.

 

Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr) və  “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı 2 yeni nəşri SATIŞDA

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər