İşçinin məzuniyyətdən geri çağrılması necə rəsmiləşdirilməlidir? (Nümünəvi forma)

İşçinin məzuniyyətdən geri çağrılması necə rəsmiləşdirilməlidir? (Nümünəvi forma)

Satışı davam edən "A-dan Z-yə: Kargüzarlıq" kitabının "Bütün növ məzuniyyətlərin verilməsinin rəsmiləşdirilməsi" bölməsindən seçmə

Baş mühasibin razılıq ərizəsi alındıqdan sonra Kadrlarla iş şöbəsi baş mühasibin əmək məzuniyyətindən geri çağırılması ilə bağlı əmrin layihəsini hazırlayaraq “Alov” MMC-nin direktoruna təqdim edir. Əmrin nümunəvi formasını növbəti səhifədə təqdim edirik:

Blank “Alov” MMC
ƏMR
№________

Mingəçevir şəhəri ____ ___________________2019-cu il

Baş mühasibin əmək məzuniyyətindən geri çağırılması haqqında
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 137-ci maddəsini və baş mühasib Səlimova Sultanə Sahib qızının ___ ________2019-cu il tarixli razılıq ərizəsini rəhbər tutaraq
ƏMR EDİRƏM:

1. Baş mühasib Səlimova Sultanə Sahib qızı əmək məzuniyyətindən geri çağırılsın və 13 iyun 2019-cu il tarixindən işə başlasın.
2. İşçinin istifadə olunmamış 10 (on) təqvim günü məzuniyyəti 12 oktyabr 2019-cu il tarixindən 22 oktyabr 2019-cu il tarixinədək olan dövrdə verilsin.
3. İşçiyə işə çıxdığı tarixdən əmək haqqı hesablanılsın və istifadə edilməmiş məzuniyyət günlərinə düşən məzuniyyət pulunun məbləği iyun ayının əmək haqqından tutulsun.
4. Kadrlarla iş şöbəsinin müdiri Ağazadə Nazlı Həsənağa qızı ____ ________2019-cu il tarixli, _____№-li əmrlə təsdiq edilmiş əmək məzuniyyətlərinin növbəlilik qrafikində işçinin əmək məzuniyyəti ilə bağlı müvafiq dəyişikliyi həyata keçirsin.
5. Əmrin icrasına nəzarət Kadrlarla iş şöbəsinin müdiri Ağazadə Nazlı Həsənağa qızına həvalə olunsun.

Direktor _______ Nəbili N.N.

Əmrlə tanış oldum:
__________ Səlimova S.S.

Tarix: ________

Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr) və  “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı 2 yeni nəşri SATIŞDA

0 Komment

    Şərh yazın