İşçinin ezamiyyətə getmə və ya qayıtma tarixi istirahət gününə təsadüf etməsi prosesi necə tənzimlənir?

İşçinin ezamiyyətə getmə və ya qayıtma tarixi istirahət gününə təsadüf etməsi prosesi necə tənzimlənir?

Satışı davam edən "Əmək Qanunvericiliyi və Şərhlər Toplusu 2020" (II nəşr) kitabından seçmə

Ezamiyyə ilə bağlı maraqlı məqamlardan biri də, işçinin ezamiyyəyə getmə və ya geri dönmə günlərinin bayram və ya istirahət günərinə təsadüf etməsidir. Qaydalarda qeyd edilir ki, təşkilat rəhbərinin tapşırığı ilə işçinin ezamiyyətə getdiyi və ezamiyyətdən qayıtdığı gün (günlər) istirahət və ya iş günü hesab edilməyən bayram gününə (günlərinə) düşərsə, həmin gün (günlər) üçün işçiyə əmək qanunvericiliyi ilə müəyyən edilmiş qaydada əlavə əmək haqqı və ya əlavə istirahət günü (günləri) verilir.
Həmçinin qaydalarda o da qeyd edilir ki, ezam olunan işçilərə ezam olunduqları təşkilatların iş vaxtının rejimi və istirahət vaxtı tətbiq edilir.

Misal. İşəgötürən işçini həftənin cümə günü ezamiyyətə göndərib. Ezamiyyə əmrinə əsasən, işçi növbəti həftənin şənbə günü geri qayıtmalıdır. Bu halda işçiyə qaydaların tələbinə uyğun olaraq, ezamiyyədə olduğu şənbə və bazar günlərinə görə yox, ezamiyyədən qayıtma tarixinin şənbə gününə təsadüf etməsinə görə əlavə iş saatı kimi əmək haqqı hesablanmalı və ya əlavə istirahət günü verilməlidir.

Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr) və  “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı 2 yeni nəşri SATIŞDA

 
 
 

0 Komment

    Şərh yazın