Məzuniyyətlərin növbəlilik cədvəli (qrafiki) necə tənzimlənir?

Məzuniyyətlərin növbəlilik cədvəli (qrafiki) necə tənzimlənir?

Satışı davam edən "A-dan Z-yə: Kargüzarlıq" kitabının "Bütün növ məzuniyyətlərin verilməsinin rəsmiləşdirilməsi" bölməsindən seçmə

Qrafikə dəyişikliklər edilməsi təcrübəli kadrlar üzrə mütəxəssis üçün asan məsələ olsa da, bu sahədə müvafiq metodoloji sənədlərin olmaması, Azərbaycan Respublikasının Əmək Məcəlləsində məzuniyyətlərin növbəlilik cədvəli (qrafiki) ilə bağlı geniş məlumat verilməməsi səbəbindən kadrlarla iş sahəsində yeni işə başlayanlar üçün xeyli çətindir. Bunu nəzərə alaraq qrafikə dəyişikliklər edilməsi zərurəti və prosedurları, nümunəvi sənədlərlə rəsmiləşdirilməsi barədə praktikada faydası olan ətraflı informasiya vermək istəyirik.

Qrafikə dəyişiklik ya işçinin, ya da işəgötürənin təşəbbüsü ilə mümkündür. Praktika göstərir ki, əsasən aşağıdakı hallarda qrafikə dəyişiklik edilə bilər (nəzərə alın ki, belə hallar kifayət qədər çoxdur və aşağıdakı siyahı həmin halların hamısını əhatə etməyə bilər):

  • Məzuniyyətlərin növbəlilik cədvəli (qrafiki) tərtib və təsdiq edildikdən sonra yeni işçinin işə götürülməsi;
  • İşçinin ailə vəziyyəti ilə bağlı əvvəlcədən razılaşdırılmış tarixdə məzuniyyətə getmək istəməməsi;
  • İşçinin əmək qabiliyyətini müvəqqəti itirməsi;
  • İşçinin əmək məzuniyyəti ilə sosial məzuniyyətinin bir vaxta düşməsi;
  • Əvəzçiliklə işləyən işçinin əsas iş yerində verilən əmək məzuniyyəti ilə bağlı vaxtın dəyişməsi;
  • Müəssisədəki xidməti vəziyyətlə (istehsalat zərurəti) əlaqədar işəgötürənin işçini (razılığı alınmaqla) əmək məzuniyyətindən geri çağırması;
  • İşçiyə dövləti əhəmiyyətli iş tapşırılması;
  • İşçinin əmək müqaviləsinə xitam verilməsi.
    Azərbaycan Respublikasının Əmək Məcəlləsində əmək məzuniyyətinin verilmə vaxtının başqa vaxta keçirilməsindən danışılır ki, bu da qrafikə dəyişiklik edilməsinə əsas verən hallardandır. Yuxarıdakı siyahıda belə halları da əks etdirmişik. Əvvəlcə, əmək məzuniyyətinin başqa vaxta keçirilməsi anlayışının açılışına baxaq. Qanunvericiliklə əmək məzuniyyətinin başqa vaxta keçirilməsi dedikdə, cari ildə məzuniyyətinin verilmə növbəsində nəzərdə tutulan vaxtın bir aydan başqa aya, cari iş ilindən növbəti iş ilinə, habelə növbəti təqvim ilinə keçirilməsi başa düşülür.
     
     
     

0 Komment

    Şərh yazın