İşçinin qismən səfərbərliyə çağrılması necə rəsmiləşdirilməlidir? (NÜMÜNƏVİ FORMA)

İşçinin qismən səfərbərliyə çağrılması necə rəsmiləşdirilməlidir? (NÜMÜNƏVİ FORMA)

Qismən səfərbərliyin elan edilməsindən sonra şanlı ordumuzun qazandığı uğurlarda orduya cəlb olunan  hərbi vəzifəlilərin və könüllülərin əməyi böyükdür.  Bu prosesin rəsmiləşdirilməsi ilə bağlı “A-dan Z-yə Kargüzarlıq” kitabının müəllifi Qalib Toğrulun hazırladığı nümünəvi əmr formasını həmkarlarımıza təqdim edirik:

Blank “Alov” MMC

ƏMR 

№________

Bakı şəhəri rayonu                                                                                                      ______oktyabr 2020-ci il

 Qismən səfərbərliyə cəlb edilən işçiyə münasibətdə formalaşan əmək münasibətlərinin tənzimlənməsi haqqında

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin _________rayon şöbəsinin  __ oktyabr 2020-ci il tarixli arayışına uyğun olaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 179-cu maddəsinin 2-ci hissəsinin “g” bəndinin tələblərinin təmin olunması məqsədilə 

ƏMR EDİRƏM:

1. Mühəndis vəzifəsində çalışan Əliyev Ramiz İdris oğlunun ___ oktyabr 2020-ci il tarixdən başlayaraq hərbi mükəlləfiyyətlə bağlı vəzifələrinin yerinə yetirməsi üçün hərbi və xüsusi toplanışda olduğu müddətdə orta aylıq əmək haqqısı saxlanılsın.

2. İşçinin işə başlama tarixi onun hərbi toplanışdan təxris olunduğu gündən sonrakı növbəti iş günü hesab edilsin.

3. Maliyyə və insan resursları şöbələri işçiyə Əmək Məcəlləsinin 185-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinə uyğun olaraq birdəfəlik maddi yardım verilməsi ilə bağlı təkliflərini 3 (üç) gün müddətində hazırlayıb təqdim etsinlər

4. Baş mühasib Səlimova Sultanə Sahib qızı və Kadrlarla iş şöbəsinin müdiri Ağazadə Nazlı Həsənağa qızı əmrin icrasından irəli gələn maliyyə və təşkilati məsələləri həll etsinlər

5. Əmrin icrasına nəazrət direktorun maliyyə məsələləri üzrə müavini Şıxıyev Qənbər Sərvər oğluna həvalə olunsun.

Direktor ____________Nəbili N.N.

 
 
 

1 Komment

  1. Natig 06 Noyabr 2020

    Salam,çox gözəl təşəbbüsdür.Amma biraz uyğunsuzluq var.Beləki əmrin ikinci bəndində aşağıdakı qeyd olunub:" İşçinin işə başlama tarixi onun hərbi toplanışdan təxris olunduğu gündən sonrakı növbəti iş günü hesab edilsin."Düşünürəm ki bu biraz reallıqdan kənar bir bir çərçivədə göstərilib.Beləki hərbi toplanışdan təxris olunduğu gündən sonrakı növbəti iş günü işçi necə işə çıxa bilər.Deyək ki bu işçi müharıbə zonasından,yaxud toplanış məntəqəsindən sənəd alıb evə gəlir,və 1 cə gündə dincəlmədən səhərisi işə çıxır.Düşünürəm ki bu barədə biraz başqa yanaşma da tədbiq etmk olar

Şərh yazın

Xəbərlər