Intizam tənbehi ilə bağlı 1 və 6 ay müddətin MİSALLARLA izahı
Satışı davam edən "Əmək Qanunvericiliyi və Şərhlər Toplusu 2020" kitabından seçmə
Qeyd etdiyimiz ki, hadisənin baş vermə və aşkar olunma tarixlərinə yanaşmalar fərqlidir. Aşkar olunma tarixindən keçən bir ay müddətində işçiyə intizam tənbehi verilməsi nəzərdə tutulub. Amma mümkündür ki, intizam tənbehinə cəlb edilməsi nəzərdə tutulan hadisənin baş vermə tarixi ilə aşkar olunma tarixi arasında aylarla fərq olsun. Əmək Məcəlləsinin 187-ci maddəsinin üçüncü hissəsində qeyd edilib ki, intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz.
Misal 1. İşçisinin səhvi nəticəsində 1 mart 2019-cu il tarixdə əkilməli olan kənd təsərrüfatı məhsulunun səpini gec tarixdə - 15 mart 2019-ci ildə həyata keçirilib. İşəgötürən qeyd edilən çatışmazlığı 15 may 2019-cu il tarixdə aşkar edib. Bu halda işəgötürən işçiyə intizam tənbehi tətbiq edə bilər. Çünki intizam tənbehinə səbəb olan hadisənin baş verməsindən 2 ay ötəndən sonra işəgötürən onu aşkar edib.
Misal 2. Mühasib vəzifəsində çalışan işçi 1 mart 2019-cu ildə aylıq hesabatların hazırlanmasında səhvə yol verib. Maliyyə departamenti dekabr ayında maliyyə hesabatlarının tərtibi zamanı mühasibin səhv etdiyini müəyyən edir və mühasibatlıq bölməsinin rəhbərliyi işçinin cəzalandırılması üçün təqdimat yazır. İşəgötürən xidməti araşdırmanı həyata keçirən komissiyanın rəyinə müvafiq olaraq, 15 dekabr 2019-cu il tarixdə işçinin cəzalandırılması barədə əmr imzalayır. Belə əmr qanuni sayıla bilməz, çünki intizam tənbehinə səbəb olan hadisənin baş vermə tarixindən 6 aydan çox müddət keçib.
Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr) və “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı 2 yeni nəşri SATIŞDA
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq, Poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
0 Komment
Şərh yazın