İşçisi koronavirusa yoluxan işəgötürənin rəsmiləşdirilməsi prosesi (NÜMÜNƏVİ FORMA)

İşçisi koronavirusa yoluxan işəgötürənin rəsmiləşdirilməsi prosesi (NÜMÜNƏVİ FORMA)

Təssüf ki, son həftələr dünyada və ölkəmizdə koronavirusa yoluxan şəxslərin sayı sürətlə artmaqdadır. Onların arasında əmək fəaliyyəti ilə məşğul olanlar da az deyil ki, bu da işəgötürənlərdən daha məsuliyyətli olmağı tələb edir.

İşçisi koronavirusa yoluxan işəgötürən virusun yayılmasının qarşısını almaq üçün hansı təxirəsalınmaz tədbirlər həyata keçirməlidir?

“A-dan Z-yə Kargüzarlıq” kitabının müəllifi Qalib Toğrulun hazırladığı, işəgötürənin həyata keçirməli olduğu fəaliyyətləri əhatə edən nümünəvi əmr formasını həmkarlarımıza təqdim edirik:

Blank “Alov” MMC

ӘMR

№________

Bakı şәhәri                                              ____ ____________2020-ci il

İş yerində COVİD-19 infeksiyasının yayılmasının qaşısının alınması haqqında

Müəssisənin mühasibi Qalabəyov Cəmil Əhmədağa oğlunun COVİD -19 testinin pozitiv çıxması ilə əlaqədar 10 noyabr 1992-ci il tarixli “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinin 1-ci hissəsinin 2-ci abzasına müvafiq olaraq qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə

ӘMR EDİRӘM:

  1. ___ ________ 2020-ci il tarixində bütün işçilərin COVİD-19 testindən keçirilməsi təmin olunsun.
  2. Ofisin dezinfeksiya edilməsi üçün ________ Rayon Gigiyena və Epidemiologiya Mərkəzinə rəsmi müraciət edilsin.
  3. COVİD-19 testi pozitiv çıxan Qalabəyov Cəmil Əhmədağa oğlu ilə eyni otaqda çalışan, testi neqativ çıxan əmək haqqı üzrə mühasib Əliyev Namiq Natiq oğlu orta aylıq əmək haqqı saxlanılmaqla 14 günlük karantinlə əhatə olunsun.
  4. Baş mühasib Səlimova Sultanə Sahib qızı və Kadrlarla iş şöbəsinin müdiri Ağazadə Nazlı Həsənağa qızı əmrin icrasından irəli gələn maliyyə və təşkilati məsələləri həll etsinlər.
  5. Əmrin icrasına nəzarət direktorun birinci müavini Sadıqov Süleyman Mirzə oğluna tapşırılsın.

Direktor _______ Nәbili N.N.

 
 
 

0 Komment

    Şərh yazın

    Xəbərlər