Müəssisənin işinin karantin dövrünün tələblərinə uyğunlaşdırılmasının rəsmiləşdirilməsi (NÜMÜNƏVİ FORMA)

Müəssisənin işinin karantin dövrünün tələblərinə uyğunlaşdırılmasının rəsmiləşdirilməsi (NÜMÜNƏVİ FORMA)

Satışı davam edən "A:dan Z-yə Kargüzarlıq" (III nəşr) kitabının "Karantin dövründə əmək münasibətlərinin rəsmiləşdirilməsi" bölməsindən seçmə

Karantin dövründə işəgötürənlər fəaliyyətlərini davam etdirərkən müəyyən qaydalara əməl etməlidirlər. Burada həm işəgötürənin, həm də işçilərin üzərinə böyük məsuliyyət düşür. Yaxşı olar ki, bu məsələlər ya daxili normativ akt kimi, ya da daha sadə şəkildə əmrlə rəsmiləşdirilsin. Əmrin üstünlüyü ondadır ki, onun forması sərbəst olduğundan, bu sərəncam sənədində daha çox məsələləri əks etdirmək mümkün olur. Belə əmrin nümunəvi forması aşağıdakı şəkildə olacaq.

Blank “Alov” MMC
ӘMR
№________


Bakı şәhәri ____ ____________2020-ci il

Müəssisənin işinin karantin dövrünün tələblərinə uyğun qurulması haqqında
Azәrbaycan Respublikasının Nazirlər Kabinetinin qərarlarını, Azәrbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrini nəzərə alaraq müəssisənin fəaliyyətinin karantin dövrünün tələblərinə uyğun qurulması məqsədilə
ӘMR EDİRӘM:

1. İnformasiya texnologiyaları üzrə mütəxəssis Əliyev Namiq Natiq oğlu:
1.1. Ofisdə gündəlik planlaşdırma və digər iclaslarının keçirilməsi internet vasitəsilə məsafədən təşkil olunsun, onlayn iclasların texniki təminatı ilə bağlı məsələlər həll edilsin (bir iş günü müddətində).
2. Ofis meneceri Qalabəyov Cəmil Əhmədağa oğlu:
2.1. Ofisin girişində və daxilində görünən yerlərdən karantin qaydalarının tələblərini (sosial məsafə, əllərin yuyulması qaydası, maskadan istifadə və sair) əks etdirən posterlər asılsın.
2.2. Ofisdə hər bir otaqda divardan xüsusi dezinfeksiyaedici məhlullar asılsın, qoruyucu maska ehtiyatı yerləşdirilsin (bir iş günü müddətində, mütəmadi).
2.3. İşçilərin və müştərilərin ofisdə daimi qoruyucu maska taxmaları təmin edilsin (mütəmadi).
2.4. Ofisin havasının mütəmadi (hər iki saatda bir dəfə) dəyişdirilməsi həyata keçirilsin (mütəmadi).
2.5. Müştərilərin elektron şəkildə qəbulu sistemi yaradılsın, yalnız zəruri hallarda onların ofisdə qəbul təşkil olunsun (mütəmadi).
2.6. Ofisdə müştərilərin tək-tək qəbul edilməsi, onların kütləvi şəkildə ofisə buraxılmaması həyata keçirilsin, ofis daxilində hər kəs qoruyucu maska ilə təmin edilsin (mütəmadi).
2.7. Müştərilərlə, eyni zamanda işçilərin bir-birləri ilə 1.5 metrlik fiziki məsafə gözlənilməklə ünsiyyətinə və işləməsinə şərait yaradılsın. Ofis mebellərinin qeyd olunan şərtlər daxilində düzülüşü həyata keçirilsin (bir iş günü müddətində).
3. Kadrlarla iş şöbәsinin mudiri Ağazadә Nazlı Hәsәnağa qızı:
3.1. Xarici ezamiyyələr dayandırılsın (dərhal).
3.2. Daxili ezamiyyələr yalnız müstəsna hallarda, direktorun birinci müavini ilə razılaşdırılmaqla həyata keçirilsin.
3.3. Məsafədən (evdən) çalışması mümkün olan işçilərin siyahısı və məsafədən çalışma mexanizminin şərtləri hazırlansın (iki iş günü müddətində).
3.4. Ofisdə eyni vaxtda bütün işçilərin olmasını önləmək məqsədilə hər bir şöbədən (filiallardan) işçilərin növbəli əsaslarla işləməsinin mümkünlüyü barədə təkliflər toplanaraq ümumiləşdirilsin (iki iş günü müddətində).
3.5. Yaşı 60-dən yuxarı işçilərin və risk qrupuna daxil olan çalışanların iş rejimi ilə bağlı güzəştləri (qısaldılmış iş vaxtı və sair) və onların rəsmiləşdirilməsi qaydasını əks etdirən təkliflər hazırlansın (bir iş günü müddətində).
3.6. Yaşı 65-dən yuxarı işçilərin işə davamiyyətinin dayandırılması barədə onlar məlumatlandırsın (bir iş günü müddətində).
3.7. Qızdırma, halsızlıq, qrip, baş və əzələ ağrılarından əziyyət çəkən, iybilmə, dadbilmə hissiyatını itirən işçilərin təcili izloyasiyası həyata keçirilsin, belə işçilərlə birlikdə onlarla təmasda olan digər işçilərin də koronavirusla bağlı testdən keçirilməsi təmin olunsun (mütəmadi).
3.8. iş yerinə gəlməsi tələb olunan işçilərin növbəlilik əsasında işləməsi üçün onların https://icaze.e-gov.az/ portalında qeydiyyatdan keçirilməsini təmin etsin, bu barədə onları məlumatlandırsın (bir iş günü müddətində).
4. Baş mühasib Əliyev Tapdıq Samir oğlu:
4.1. Pandemiya ilə əlaqədar fəaliyyət dayandırılmış və ya məhdudlaşdırılmış sahələri təmsil edən müştərilərlə əməkdaşlıq şərtləri nəzərdən keçirilsin və Satış şöbəsinin müdiri ilə birlikdə karantin rejimində yeni əməkdaşlıq şərtləri ilə bağlı təkliflər hazırlansın. (iki iş günü ərzində).
4.2. Pandemiyadan zərər çəkməmiş və ya az çəkmiş hesab olunan müştərilərlə əməkdaşlıq şərtlərinin yenilənməsi ilə bağlı Satış şöbəsinin müdiri ilə birlikdə təkliflər hazırlansın (iki iş günü ərzində).
4.3. Vaxtı keçmiş ödəmələrlə bağlı təkliflər hazırlansın (iki iş günü ərzində).
4.4. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə yeni əlavə edilmiş 224.10-cu maddənin tələblərinə uyğun olaraq, müvəqqəti vergi rejimi müddətində (1 yanvar 2021-ci ilədək) işçilərin həyat və sağlamlığının qorunması məqsədilə həyata keçirilən zəruri profilaktik, o cümlədən dezinfeksiya tədbirlərinə görə çəkilmiş və müvafiq qaydada sənədləşdirilmiş xərclərin gəlirdən çıxılmasını həyata keçirsin.
5. Əmrin icrasına nəzarət direktorun birinci müavini Sadıqov Süleyman Mirzə oğluna tapşırılsın.

Direktor _______ Nәbili N.N.

Әmrlә tanış oldum:


__________ Sadıqov S.M.
Tarix: ________
__________ Əliyev T.S.
Tarix: ________
__________ Ağazadə N.H.

Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr) və  “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı 2 yeni nəşri SATIŞDA

 

0 Komment

    Şərh yazın

    Xəbərlər