Çoxnövbəli iş rejimi necə müəyyən edilir?

Çoxnövbəli iş rejimi necə müəyyən edilir?

Satışı davam edən "Əmək Qanunvericiliyi və Şərhlər Toplusu 2020" (II nəşr) kitabından seçmə

İndi isə növbəli iş rejimi haqqında geniş məlumat verməyə çalışaq. Öncə baxaq ki, qanunvericilikdə növbəli iş rejimi dedikdə nə başa düşülür?
Gecə vaxtı yerinə yetirilən işə və çoxnövbəli iş rejiminə görə əmək haqqının ödənilməsi barədə” İzahatın 4-cü bəndinə əsasən, çoxnövbəli iş rejimi deyildikdə, mülkiyyət və təşkilati-hüquqi formasından, idarə tabeçiliyindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda (fasiləsiz iş axını olan istehsalatlar da daxil olmaqla) gün ərzində iki və daha çox növbədə təşkil olunmuş, növbə müddəti Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 89-cu maddəsinə uyğun olaraq 40 saatlıq iş həftəsində (nahar fasiləsi nəzərə alınmadan) 8 saatdan çox olmayan iş rejimi başa düşülür. Bu halda işçilərin iş rejimi növbə cədvəlləri üzrə qurulur və adətən iş saatları həftələr üzrə bərabər bölüşdürülür. İş vaxtının ən azı yarısı gecə vaxtına (axşam saat 22-dən səhər saat 6-ya qədər) düşən iş növbəsi gecə növbəsi hesab edilir. İş növbəsinin başlanma və qurtarma saatlarından asılı olmayaraq gecə növbəsindən əvvəlki iş növbəsi axşam növbəsi hesab edilir.

İndi isə bəndin tələblərinə əsasən, çoxnövbəli iş rejimi zamanı diqqət yetirəsi məqamlara fikir verək:
Ən azı iki və daha çox növbə olmalıdır.
Növbənin müddəti gün ərzində 8, həftə ərzində 40 saatdan çox olmamalıdır. Bəzən mühafizəçi vəzifəsində çalışan işçilərin iş vaxtını saat 08:00-dan 22:00-ə kimi müəyyən edirlər. O zaman bu artıq növbəli iş rejimi sayıla bilməz. Çünki növbəli iş rejimində gündəlik iş rejimi 8 saatdan çox ola bilməz.
İşçinin iş saatının yarısı gecə vaxtına (axşam saat 22-dən səhər saat 6-ya qədər) təsadüf edirsə o zaman iş növbəsi gecə növbəsi hesab edilir. Misal üçün, işçinin iş vaxt saat 20:00-də başlayıb, saat 4-də bitərsə, bu növbə gecə növbəsi hesab edilir. Mütləq deyil ki, gecə növbəsi mütləq axşam saat 22-dən səhər saat 6-ya qədər olan müddətdə olsun.
Gecə növbəsindən əvvəlki növbə axşam növbəsi hesab edilir. Axşam növbəsinin konkret hər hansı vaxt aralığı yoxdur. Misal üçün, “saat 21:00-dan sonrakı müddət axşam növbəsi sayılır” kimi açıqlamaya ehtiyac yoxdur. 3-cü bənddə qeyd etdiyimiz kriteriyaya uyğun gələn ilk gecə növbəsindən öncəki dövr axşam növbəsi hesab olunur.

Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr) və  “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı 2 yeni nəşri SATIŞDA

 
 
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər