Sınaq müddətində nəticəsi qeyri-qənaətbəxş olan işçi ilə bağlı sənədləşmələr (İKİ NÜMÜNƏVİ FORMA)
Satışı davam edən "A-dan Z-yə: Kargüzarlıq" (III nəşr) kitabından seçmə
Əgər işəgötürən sınaq müddətində əmək müqaviləsini pozmaq istəyirsə, mütləq işçiyə yazılı xəbərdarlıq etməlidir. Belə xəbərdarlığın nümunəvi formasını təqdim edirik:
“Alov” MMC Satış şöbəsinin meneceri
Nəsibov Amil Seymur oğluna
Xəbərdarlıq
Sınaq müddətinin nəticəsinin qeyri-qənaətbəxş hesab edilməsi haqqında
Sınaq müddəti dövründə icra etdiyiniz işlə bağlı biliklərinizin və peşəkarlıq səviyyənizin yoxlanılması məqsədi ilə tərtib olunmuş fərdi iş planının nəticələrinə görə (və ya tabe olduğunuz struktur bölməsinin rəhbərinin _____ ________2019-cu il tarixli xidməti yazısına uyğun olaraq) siz sınaq müddətindən keçməmiş sayılırsınız.
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 53-cü maddəsinin birinci hissəsinə uyğun olaraq sizinlə bağlanılmış ___ _____ 2019-cu il tarixli, ___№-li əmək müqaviləsinə 03 oktyabr 2019-cu il tarixində xitam veriləcək.
Kadrlarla iş şöbəsinin müdiri __________Ağazadə N.H.
Xəbərdalıqla tanış oldum və 1 (bir) nüsxəsini aldım:
________ Nəsibov A.S.
31 sentyabr 2019-cu il
Sınaq müddətində özünü doğrultmayan işçinin əmək müqaviləsinə xitam verilməsi barədə əmrin nümunəvi forması aşağıdakı kimidir:
Blank “Alov” MMC
ƏMR
№________
Xaçmaz şəhəri _ ___________________2019-cu il
Sınaq müddətindən keçməyən işçinin əmək müqaviləsinə xitam verilməsi haqqında
Sınaq müddətində olan işçinin Fərdi iş planının nəticələrinə (Satış şöbəsinin müdiri Qafarov Malik Abbas oğlunun 26 sentyabr 2019-cu il tarixli xidməti yazısına) və Quliyev Rza Əşir oğlu ilə bağlanılmış ___ _____ 2019-cu il tarixli, ___№-li əmək müqaviləsinə əsaslanaraq
ƏMR EDİRƏM:
1. Satış şöbəsinin meneceri Quliyev Rza Əşir oğlunun əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə uyğun olaraq, sınaq müddətində özünü doğrultmadığına görə 03 oktyabr 2019-cu il tarixindən xitam verilsin.
2. Baş mühasib Səlimova Sultanə Sahib qızı işçi ilə son haqq-hesab aparılmasını təmin etsin.
3. Əmrin icrasına nəzarət Kadrlarla iş şöbəsinin müdiri Ağazadə Nazlı Həsənağa qızına həvalə olunsun.
Direktor _______ Nəbili N.N.
Əmrlə tanış oldum: __________ Səlimova S.S.
03 oktyabr 2019-cu il
Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr) və “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı 2 yeni nəşri SATIŞDA
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq, Poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
__________ Quliyev R.Ə.
03 oktyabr 2019-cu il
0 Komment
Şərh yazın