Pandemiya dövründə işəgötürən işçilərin ərizələri əsasında onları ödənişsiz məzuniyyətə göndərə bilər?

Pandemiya dövründə işəgötürən işçilərin ərizələri əsasında onları ödənişsiz məzuniyyətə göndərə bilər?

Satışı davam edən "Əmək Qanunvericiliyi və Şərhlər Toplusu 2020" (II nəşr) kitabından seçmə

Fəaliyyəti tam məhdudlaşdırılmayan işəgötürənlər üçün digər variant işçilərin bir qismini öz razılığı əsasında ödənişli və ya ödənişsiz məzuniyyətə göndərməkdir.
İşəğötürən pandemiya ilə bağlı maliyyə vəziyyətinin pisləşməsi səbəbindən işçilərin əmək haqlarını ödəyə bilmir. Bu zaman işçilər və işəgötürən razılaşırlar ki, işçilər 6 aylıq ödənişsiz məzuniyyətdən istifadə etsinlər. Bu halda işəgötürən işçiləri onların razılığı əsasında ödəniş məzuniyyətə buraxa bilər?

Misal 1. Naftalanda fəaliyyət göstərən sanatoriyanın fəaliyyətinə məhdudiyyət qoyulmamasına baxmayaraq, yay aylarında istirahətə gələn şəxslərin sayında ciddi azalma baş verir. Rəhbərlik qərar verir ki, işçiləri 6 ay müddətinə ödənişsiz məzuniyyətə göndərsin.
Hesab edək ki, işçilər də ödənişsiz məzuniyyətdən istifadə ilə bağlı yazılı müraciət edib.
Bu halda işçilərin öz hesabına ödənişsiz məzuniyyətə göndərilməsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 129-cu maddəsinə uyğundur və işəgötürənin əmrində bu maddəyə istinad edilməlidir. Əmək Məcəlləsinin 129-cu maddəsinə əsasən işçilərin qrup halında öz hesabına məzuniyyətə göndərilməsi işəgötürən tərəfindən qərəzli formada həyata keçirilmirsə, bu hal Dövlət Əmək Müfəttişliyinin yoxlamaları zamanı cəriməyə səbəb ola bilməz.
Misal 2. Kredit təşkilatı pandemiyanın təsiri nəticəsində kredit fəaliyyətinin zəifləməsi səbəbindən 5 nəfər kredit işçisinin bir ay müddətinə əmək məzuniyyətə göndərilməsini təmin edir. Hesab edək ki, məzuniyyətlərin növbəlilik cədvəlinə əsasən, həmin işçilər fərqli dövrlərdə əmək məzuniyyətindən istifadə etməli idi. Kredit təşkilatı pandemiya səbəbindən kredit təhlili üçün işçilərinin ərazilərə çıxmasına məhdudiyyət tətbiq edir. Bu halda işçilərin bəziləri ərizə ilə müraciət edir ki, onların 1 ay müddətinə əmək məzuniyyətinə göndərilməsinə icazə verilsin. Bu halda işəğötürən 5 işçini eyni vaxtda əmək məzuniyyətinə göndərir.
Məsələni detallı şəkildə qeyd etməkdə məqsədimiz odur ki, işəgötürən işçiləri məcburən əmək məzuniyyətinə göndərə bilməz, bunun üçün işçi özü məzuniyyət üçün ərizə yazmalıdır.

Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr) və  “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı 2 yeni nəşri SATIŞDA

0 Komment

    Şərh yazın