Məzuniyyətin hesablanılmasında hansı qazanclar nəzərə alınır? (16 HAL üzrə Misalla izah)

Məzuniyyətin hesablanılmasında hansı qazanclar nəzərə alınır? (16 HAL üzrə Misalla izah)

Satışı davam edən "Əmək Qanunvericiliyi və Şərhlər Toplusu 2020" (II nəşr) kitabından seçmə

Məzuniyyət haqqının hesablanılması isə bağlı tərtib etdiyimiz düsturun komponentləri haqqında məlumat verək. Nəzərə alın ki, əvvəlki 12 təqvim ayının qazancı hesablanan zaman orta əmək haqqı anlayışından istifadə edilir.
Öncəliklə bildiririk ki, məzuniyyətin hesablanması zamanı istifadə olunan orta əmək haqqı anlayışı Əmək Məcəlləsinin 177-ci maddəsində qeyd edilən orta əmək haqqıdan tamamilə fərqlidir. Həmin maddədə qeyd edilir ki, ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əmək haqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölünməklə bir günlük orta əmək haqqı tapılır.
Əmək məzuniyyətinin hesablanması üçün istifadə olunan orta əmək haqqı üzrə nəzərə alınan və alınmayan ödənişlər mövcuddur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 avqust 1999-cu il tarixli, 137 nömrəli qərarında məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin geniş siyahısı verilib. Kitabın üzərindəki CD diskdə və kitabda qərarın tam mətnindəki nəzərə alınan və alınmayan ödənişləri təqdim etmişik.
Misallar vasitəsilə aktual hallar üzrə nəzərə alınan və alınmayan ödənişləri nəzərdən keçirək.

Misal. Tutaq ki, “A” MMC-nin işçisinin əvvəlki 12 ayda qazancı aşağıdakı gəlirlərdən formalaşıb:
- İşçinin əmək haqqı 3 000 manat olub;
- İşçiyə son iki ayda işdəki müsbət göstəricilərinə əsasən 400 manat mükafat hesablanılıb;
- İşçiyə ad günü münasibəti ilə 100 manat mükafat verilib;
- Əlavə iş saatına görə 250 manat əmək haqqı hesablanılıb;
- Əmək qabiliyyətini müvəqqəti itirməyə görə işəgötürən və DSMF tərəfindən 220 manat müavinət hesablanılıb;
- İşçiyə hamiləliyə və doğuma görə 800 manat müavinət hesablanılıb;
- İstifadə edilməmiş əmək məzuniyyətinə görə 450 manat kompensasiya hesablanılıb;
- 180 manat maddi yardım hesablanılıb;
- Müəllimlər günü münasibəti ilə 100 manat mükafat hesablanılıb;
- İşçiyə 300 manat kirayə xərci hesablanılıb;
- İşçiyə 250 manat ezamiyyə xərci hesablanılıb;
- İstirahət günü işə çıxmağa görə 80 manat hesablanılıb;
- Müvəqqəti əvəz etməyə görə 120 manat hesablanılıb;
- Fəxri ada görə 75 manat hesablanılıb;
- Mülki-hüquqi müqavilələr üzrə işlərin yerinə yetirilməsinə görə 1200 manat hesablanılıb;
- İşçiyə 180 manat əmək məzuniyyəti haqqı hesablanılıb.
İndi gəlirlərinin hansının orta əmək haqqı hesablanmasında nəzərə alınıb-alınmamasına aydınlıq gətirək:
1) İşçinin əmək haqqı 3 000 manat olub - Nəzərə alınır;
2) İşçiyə son iki ayda işdəki müsbət göstəricilərinə əsasən 400 manat mükafat hesablanılıb - Nəzərə alınır;
3) İşçiyə ad günü münasibəti ilə 100 manat mükafat hesablanılıb - Nəzərə alınmır;
4) Əlavə iş saatına görə 250 manat əmək haqqı hesablanılıb- Nəzərə alınır;
5) Əmək qabiliyyətini müvəqqəti itirməyə görə işəgötürən və DSMF tərəfindən 220 manat müavinət hesablanılıb - Nəzərə alınır;
6) İşçiyə hamiləliyə və doğuma görə 800 manat müavinət hesablanılıb - Nəzərə alınır;
7) İstifadə edilməmiş əmək məzuniyyətinə görə 450 manat kompensasiya hesablanılıb - Nəzərə alınmır;
8) 180 manat maddi yardım hesablanılıb - Nəzərə alınmır;
9) Müəllimlər günü münasibəti ilə 100 manat mükafat hesablanılıb - Nəzərə alınmır;
10) İşçiyə 300 manat kirayə xərci hesablanılıb - Nəzərə alınmır;
11) İşçiyə 250 manat ezamiyyə xərci hesablanılıb -Nəzərə alınmır;
12) İstirahət günün işə çıxmağa görə 80 manat hesablanılıb - Nəzərə alınır;
13) Müvəqqəti əvəz etməyə görə 120 manat hesablanılıb - Nəzərə alınır;
14) Fəxri ada görə 75 manat hesablanılıb - Nəzərə alınır;
15) Mülki-hüquqi müqavilələr üzrə işlərin yerinə yetirilməsinə görə 1200 manat hesablanılıb - Nəzərə alınmır;
16) İşçiyə 180 manat məzuniyyət haqqı hesablanılıb - Nəzərə alınır.

 Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr) və  “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı 2 yeni nəşri SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

 
 
 

2 Komment

  1. mikayl 11 Oktyabr 2020

    Salam.ela saheler varki (Meselen idman truzim iri ticaret obyektleri sauna) burda isciler mart ayindan megbur qaydada pandemiya ile elaqedar is yerlari baxlanib,sirketin fealiyyetide may ayindan muveqeti baxlanib.EM gore iscini 6 ay kimi oz hesabina mezuniyyeta gondermek olar.artiq 6 ay bitib .o halda iscini isden cixarmaq ya ne etmek olar.iscini isden cixartdiqda mezuniyyet son hesabda 12 ay hansi aydan baslayaraq hesablanir.6 aydan coxdur is yeri iscinin teqsiri olmadan baxlidir ve islemir. 4 defa iscilera pandemiya elaqedar dovlet odenisi yarim emek haqqi olub bu meblex iscinin mezuniyyet hesablanan gelirina aiddir ya yok.

  2. Fəridə 15 Fevral 2023

    Salam. 1.Birdəfəlik müavinət dedikdə- işçiyə ildə iki dəfə, bir dəfə 500, bir dəfə 600 manat mükafat ödənilibsə, bu məbləğlər əmək məzuniyyətinin hesablanması zaamanı nəzərə alınmalıdırmı? 2.İşçiyə il ərzində bir dəfə 1500 manat mükafat ödənilibsə,bu məbləğ əmək məzuniyyətinin hesablanması zaamanı nəzərə alınmalıdırmı? Qeyd edim ki, hər iki halda bu məbləğlər əmək müqavilələrində nəzərə alınmamışlar

Şərh yazın