İşəgötürən 6 aydan az müddətə işdən çıxan işçiyə məzuniyyətə görə kompensasiya ödəməlidir?

İşəgötürən 6 aydan az müddətə işdən çıxan işçiyə məzuniyyətə görə kompensasiya ödəməlidir?

Satışı davam edən "Əmək Qanunvericiliyi və Şərhlər Toplusu" (II nəşr) kitabının "Məzuniyyətlər" bölməsindən seçmə

İşəgötürənlərdə belə bir fikir formalaşıb ki, işçi məzuniyyətdən istifadə hüququnun yaranmasına qədər işdən azad olunarsa, ona məzuniyyət haqqı ödənilməli deyil. Əmək Məcəlləsinin 131-ci maddəsinə əsasən,  işçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir.

Misal. İşçi 1 avqust 2019-cu il tarixdə işə daxil olmasına baxmayaraq sınaq müddətində özünü doğrultmaması səbəbindən 31 oktyabr 2019-cu il tarixdə onun əmək müqaviləsinə xitam verilir. Göründüyü kimi, 21 gün məzuniyyət hüququ olan işçinin çalışdığı dövr cəmi 3 ay təşkil edib. İşçinin məzuniyyətdən istifadə hüququ 6 aydan sonra, yəni 1 fevral 2020-ci il tarixdən yaranacaqdı. Amma işəgötürən işçinin məzuniyyətdən istifadə hüququnun yaranmamasına baxmayaraq, ona istifadə etmədiyi məzuniyyətə görə kompenasiya ödəməlidir. İşçiyə işlədiyi 3 aya uyğun formalaşan 5,25 gün ((21 gün x 3 ay)/12 ay) məzuniyyət gününə görə kompensasiya ödənilməlidir.

Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr) və  “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı 2 yeni nəşri SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

 
 
 

 

0 Komment

    Şərh yazın