Işçiyə tibbi arayış əsasında əmək qabiliyyətini itirilməsinə görə müavinət hesablana bilər?
Satışda olan "Əmək Qanunvericiliyi və Şərhlər Toplusu 2020" (II nəşr) kitabının "Müavinətlər" bölməsindən seçmə
İşçinin əmək qabiliyyətini itirməsini təsdiq edən sənədlərin siyahısı ilə bağlı fərqli fikirlər mövcuddur. Bəzən işçi tibbi arayışı da işəgötürənə təqdim edir ki, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət verilsin. Amma “Xəstəlik vərəqələrinin verilməsi və müalicə-sağlamlıq məqsədlərinə ödənişlərin təyin edilməsi və verilməsi qaydalarının təsdiqi haqqında” qərarda qeyd edilir ki, sığorta haqları ödəyən şəxsin müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi yalnız xəstəlik (əmək qabiliyyətini itirmək) vərəqəsi ilə təsdiq olunur.
Deməli, hər hansı tibbi arayışa görə ödənişin edilməsi qanunvericilikdə nəzərdə tutulmayıb.
Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr) və “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı 2 yeni nəşri SATIŞDA
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq, Poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
0 Komment
Şərh yazın