Göndərilən sənədlərin xüsusi kitablarda (jurnallarda) qeydə alınması ilə bağlı hansı tələblər mövcüddur?
Satışı bitən "A-dan Z-yə: Kargüzarlıq" kitabının "Kadr sənədlərinin kitablarda (jurnallarda) qeydiyyatı (uçotu)" bölməsindən seçmə
Təcrübədə müəssisədə yaranan, daxil olan və göndərilən sənədlərin xüsusi kitablarda (jurnallarda) qeydə alınması sistemi tətbiq olunur. Azərbaycan Respublikasında əmək münasibətlərinin tənzimləyən normativ hüquqi aktlarda bu barədə geniş məlumat verilməsə də, qeydiyyatla bağlı müəyyən tələblər və şərtlər əks etdirilib. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3 maddəsində (maddə 85. Əmək müqavilələrinin sənədləşdirilməsinin uçotu qaydaları, maddə 138. Məzuniyyətlərin verilməsinin rəsmiləşdirilməsi və uçotunun aparılması, maddə 219. Əməyin mühafizəsi üzrə mütəxəssislərin hazırlanması və işçilərin təlimi), “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”da və “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nda sənədlərin qeydiyyatından az da olsa bəhs edilir.
Xüsusilə, “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”da qeydiyyat kitablarının formaları da daxil olmaqla daha detallı məlumat verilir. Normativ aktların tələblərınə bir qədər sonra, qeydiyyat kitabları haqqında ayrılıqda danışanda toxunacağıq. Əvvəlcə sənədlərin xüsusi kitablarda qeydiyyatının üstünlüklərini nəzərdən keçirək.
Kadrlarla iş şöbəsində və ya kargüzarlıqda qeydiyyat kitablarından istifadə sənədlərin uçotunun, onların icrasına nəzarətin təşkili məqsədilə həyata keçirilir. Bundan əlavə, sənədlərin qeydiyyatı kargüzarlıq işinin düzgün təşkilinə imkan verən aşağıdakı məsələlərin həlli ilə birbaşa bağlıdır:
- Sənədlərin mühafizəsinin təmin olunması;
- Sənədlərə hüquqi qüvvənin verilməsi;
- Sənədlər üzrə məlumat-axtarış işinin təşkili.
Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr) və “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı 2 yeni nəşri SATIŞDA
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
0 Komment
Şərh yazın