Ödənişsiz məzuniyyətin verilməsi necə rəsmiləşdirilməlidir? (Nümünəvi forma)
Satışı davam edən "A-dan Z-yə: Kargüzarlıq" kitabının "Bütün növ məzuniyyətlərin verilməsinin rəsmiləşdirilməsi" bölməsindən seçmə
Sonuncu ərizə nümunəsində işçiyə ödənişsiz məzuniyyətin təqdim edilməsinə əsas təsdiqedici sənəd kimi dairə seçki komissiyasının qərarını təqdim etdik. Bu halda işçinin həmin sənədi təqdim etməsi vacibdir. Digər hallarda, məsələn işçinin ailə qurması, hansısa sosial, məişət probleminin həlli üçün sənəd təqdim olunması vacib deyil, istisna hallarda işəgötürənin tələbi ilə təsdiqedici sənəd təqdim oluna bilər.
Bir daha qeyd edək ki, işəgötürənlər və kadrlarla iş üzrə mütəxəssislər seçki məsələsi ilə bağlı işçiyə ödənişsiz məzuniyyət verilməsi məsələsində diqqətli olsunlar, çünki İnzibati Xətalar Məcəlləsində bununla bağlı cərimə nəzərdə tutulub.
Ödənişsiz məzuniyyətlə bağlı digər ərizələr az əvvəl nümunəsini verdiyimiz formalara uyğun yazıldığından təkrarçılığa yol vermək istəmirik. Ödənişsiz məzuniyyətlə bağlı nümunəvi əmr formasını növbəti səhifədə təqdim edirik.
Blank “Alov” MMC
ƏMR
№________
Ağstafa şəhəri ____ ________________2019-cu il
İşçinin xahişi ilə ödənişsiz məzuniyyətin təqdim edilməsi haqqında
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 128-ci maddəsinə və 130-cu maddəsinin birinci hissəsinin “i” bəndinə və Kadrlarla iş şöbəsini mütəxəssisi Quliyeva Əsmər Qadir qızının ____ ________2019-cu il tarixli ərizəsinə uyğun olaraq
ƏMR EDİRƏM:
1. Kadrlarla iş şöbəsinin mütəxəssisi Quliyeva Əsmər Qadir qızına ailə həyatı qurması ilə bağlı ___ ______2019-cu ildən ____ _______ 2019-cu ilədək 7 (yeddi) təqvim günü müddətində ödənişsiz məzuniyyət təqdim edilsin.
2. İşçi ___ ________2019-cu il il tarixində işə başlasın.
3. Əmrin icrasına nəzarət Kadrlarla iş şöbəsinin müdiri Ağazadə Nazlı Həsənağa qızına həvalə olunsun.
Direktor _______ Nəbili N.N.
Əmrlə tanış oldum:
__________ Quliyeva Ə.Q.
Tarix: ________
Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr) və “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı 2 yeni nəşri SATIŞDA
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
0 Komment
Şərh yazın