Müddətli əmək müqaviləsi hansı hallarda növbəti müddətə qədər artırılmış hesab olunur?

Müddətli əmək müqaviləsi hansı hallarda növbəti müddətə qədər artırılmış hesab olunur?

Satışı davam edən "Əmək Qanunvericiliyi və Şərhlər Toplusu 2020" (II nəşr) kitabının "Əmək müqaviləsi" bölməsindən seçmə

Müddətli əmək müqaviləsinin növbəti dövrə qədər artırılması prosesi da təzadlıdır. Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.

Misal. Tikinti sahəsində fəaliyyət göstərən “A” MMC-nin fəhlə vəzifəsində çalışan işçisi Quliyev Arzu ilə bağlanan 2 illik müddətli əmək müqaviləsi 15 avqust 2019-cu il tarixdə bitir. İşəgötürən hər hansı səbəbdən unutqanlıq edərək 15 avqust 2019-cu ildə başa çatan əmək müqaviləsinin davam etdirilməməsi haqqında işçini məlumatlandırmayıb. Əgər işçi 22 avqust 2019-cu il tarixə kimi işinə davam edibsə və tərəflər bir-birini müqavilənin bitməsi ilə bağlı xəbərdar etməyibsə, bu zaman əmək müqaviləsi iki il müddətinə üzadılmış hesab olunur. Artıq işəgötürən 25 avqust tarixində işçiyə xəbərdar etsə də, işçinin əmək müqaviləsi qeyd edilən müddətə artmış hesab olunacaq. Bu zaman müəssisənin tikinti ilə bağlı işi başa çatsa da, işçinin əmək müqaviləsi 2 il müddətində aktiv qalır.
Bölmənin əvvəlində qeyd etdiyimiz kimi, əmək müqaviləsinin müddəti fasiləsiz olaraq 5 il müddətdən çox uzadılarsa, əmək müqaviləsi müddətsiz hesab olunur. O səbəbdən də, 5 illik müddət bitdikdən sonra tərəflərin xəbərdar edilməsinə ehtiyac qalmır.

Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr) və  “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı 2 yeni nəşri SATIŞDA

 Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər