İşdən çıxma ərizəsini yazan işçi işdən çıxmadan öncə məzuniyyət hüququndan istifadə edə bilər?
Satışda olan "Əmək Qanunvericiliyi və Şərhlər Toplusu 2020" (II nəşr) kitabının "Əmək müqaviləsinə xitam qaydaları" bölməsindən seçmə
Bəzən olur ki, işdən çıxmaq istəyən işçinin uzunmüddətli istifadə edilməmiş məzuniyyət günləri olur. İşçi də işdən çıxmaq üçün tələb olunan bir ay təqvim ayında işə gəlmək istəmir. Əmək qanunvericiliyi imkan verir ki, işçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə versin.
Misal. İşçi 1 oktyabr 2019-cu il tarixdə işəgötürənə ərizə ilə müraciət edir ki, 1 noyabr 2019-cu il tarixdən onu işdən azad etsin. İşçi ərizədə istifadə olunmamış bir aylıq məzuniyyət hüququndan da istifadə etmək istəyini ifadə edir. İşəgötürən işçinin məzuniyyətə göndərilməsi barədə əmr verir və sənəddə qeyd edilir ki, işçi məzuniyyətdən geri qayıdana kimi əmək müqaviləsinin xitamı ilə bağlı prosedurlar da həyata keçirilsin.
Tutaq ki, işçi məzuniyət dövründə işəgötürənə müraciət edərək ərizəsinin ləğvini xahiş edir. Bu zaman prosedurlar yuxarıda qeyd etdiyimiz hallara uyğun həyata keçirilməlidir.
Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr) və “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı 2 yeni nəşri SATIŞDA
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
0 Komment
Şərh yazın