İşçi bildirişi almaqdan və sənədə imza atmaqdan imtina etdikdə akt necə tərtib olunur? (Nümünəvi forma)
Satışda olan "A-dan Z-yə: Kargüzarlıq" kitabının "İntizam tənbehi və mükafatın növləri və verilməsinin sənədləşdirilməsi" bölməsindən seçmə
Əgər işçi bildirişi almaqdan və sənədə imza atmaqdan imtina edərsə, bu barədə aşağıdakı məzmunda akt tərtib olunur.
Alov” MMC
AKT №_____
İşçinin bildirişi almaqdan və izahat yazmaqdan imtina etməsi haqqında
Bakı şəhəri 17 avqust 2019-cu il
“Alov” MMC-nin direktorunun 17 avqust 2019-cu il tarixli, ___№-li əmri ilə yaradılmış Araşdırma komissiyasının sədri komissiya üzvlərinin iştirakı ilə 14 avqust 2019-cu il tarixində “Alov” MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 116 ünvanında yerləşən obyektində soyuducu avadanlıqlarda ərzağın xarab olmasının səbəblərinin aşkara çıxarılması məqsədilə hazırladığı işçinin izahat verməsi haqqında rəsmi bildirişi 17 avqust 2019-cu il tarixində Cəmiyyətin Elektromexanika sexinin elektriki Alıyev Ruslan Nərimanov oğluna təqdim etsə də, o, sənədi almaqdan və imza atmaqdan imtina etdi və hadisə ilə bağlı izahat verməyəcəyini bildirdi.
Komissiyanın sədri __________ Məmmədov H.Q.
Komissiyanın üzvləri:
___________ Əlişov M.Ə.
___________ Qarayev N.Ə.
17 avqust 2019-cu il
Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr) və “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı 2 yeni nəşri SATIŞDA
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
0 Komment
Şərh yazın