Tanınmış HR mütəxəssisi: "İşçi 3 dəfə işə gecikirərsə, işdən uzaqlaşdıra bilərsən"
"Neptun” Supermarketlər şəbəkəsinin İnsan Resursları departamentinin İşə qəbul və təlim şöbəsinin rəhbəri Cavidan Quluzadə Kaspi.az qəzetinə müsahibə verib. Cavidan müəllimin işçilərin işə gecikməsi halları ilə münasibəti haqqında müsahibədən seçməni təqdim edirik.
- Bəzən şirkətlər işçilərin işə gecikməsinin qarşısını almaq üçün cərimə metodu tətbiq edirlər. İşə gecikən işçinin maaşından gecikmə müddətinə görə müəyyən məbləğ tutulur.
- İlk olaraq deyim ki, şirkət işçinin maaşından cərimə tuta bilməz. Bu, qanunla qadağandır. O halda ola bilər ki, işçi müəssisəyə maddi ziyan vursun. Təəssüf ki, bizdə işə gecikməyə və s. görə maaşdan tutma təcrübəsini tətbiq edən şirkətlər var. Ən pis halda işçinin maaşını saat hesabına yazmaq olar. Amma gecikdiyi üçün cərimə tətbiq edib maaşından kəsmək tamamilə qanunsuzdur.
- İşçi gecikirsə, bu zaman problemi necə həll etmək lazımdır?
- Birinci dəfə özünə məlumat verirsən. Növbəti dəfələrdə töhmət, şiddətli töhmət verirsən. 3-cü dəfə bu hal baş verəndə, işdən uzaqlaşdıra bilərsən. Bu, daxili nizam-intizam qaydalarıdır. İşçi buna riayət etməyə borcludur. Ümumi olaraq deyə bilərəm ki, işçinin peşəkarlığı, təcrübəliliyi ilə yanaşı, intizamlı olması da mütləqdir.
Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr) və “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı 2 yeni nəşri SATIŞDA
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
0 Komment
Şərh yazın