Məzuniyyətin verilməsi necə rəsmiləşdirilir?
"Əmək Qanunvericiliyi və Şərhlər Toplusu" 2020 kitabının "Məzuniyyətlər" bölməsindən seçmə
Əmək qanunvericiliyinin tələblərinə əsasən, məzuniyyətin rəsmiləşdirilməsi üçün xüsusi tələblər gözlənilməlidir. Əmək Məcəlləsinin 138-ci maddəsinə əsasən, məzuniyyətin rəsmiləşdirməsi prosesi aşağıdakı kimi həyata keçirilir:
- İşçi məzuniyyətə çıxması haqqında ərizə yazır;
Ərizədə işçinin hansı məzuniyyət növündən istifadə etməsi və məzuniyyət dövrü haqqında məlumatlar qeyd edilir;
- İşəgötürən işçinin ərizəsi əsasında əmr (sərəncam, qərar) verir;
Əmrdə (sərəncamda, qərarda) işçinin adı, atasının adı və soyadı, vəzifəsi (peşəsi), verilən məzuniyyətin növü, müddəti, müvafiq iş ili, məzuniyyətin başlandığı, qurtardığı və məzuniyyət müddəti bitdikdən sonra işçinin işə başlamalı olduğu il, ay, gün göstərilir.
İşəgötürənin məzuniyyətin verilməsi barədə əmri (sərəncamı, qərarı) məzuniyyətin başlamasına azı beş gün qalmış verilməli və işçi onunla tanış edilməlidir. Qeyd olunan müddət məsələsi təcrübədə ən çox mübahisə yaradan məsələlərdən biridir. Məzuniyyətin növbəliyi prosesində müddətə müəyyən mənada əməl etmək mümkün olsa, digər hallarda onun tənzimlənməsi çətinlik yaradır. Misal üçün, müharibə veteranı olan işçi ərizə ilə müraciət edir ki, 3 gündən sonra əmək məzuniyyəti hüququndan istifadə etmək istəyir. Bu cür hallarda təbii ki, işəgötürənin 5 gün müddəti gözləməsi mümkün deyil.
Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr) və “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı 2 yeni nəşri SATIŞDA
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
1 Komment
Ramin 07 Sentyabr 2020
Salam.Xidmət sahələrində zərərli və xüsusi ilə ağır olan işlərdə əlavə məzuniyyət müddətlərinin məlumatını haradan əldə etmək olar? Əvvəlcədən təşəkkür edirəm.
Şərh yazın