İntizam tənbehi ilə bağlı müddət tənzimlənməsinin 3 misalla izahı

İntizam tənbehi ilə bağlı müddət tənzimlənməsinin 3 misalla izahı

Satışda olan "Əmək Qanunvericiliyi və Şərhlər Toplusu 2020" kitabının "İntizam tənbehi" bölməsindən seçmə

Əmək qanunvericiliyində intizam tənbehi ilə bağlı əks etdirilən iki tarixə xüsusi diqqət yetirmək lazımdır: xətanın baş vermə və aşkar olunma tarixi. Əmək Məcəlləsi bu iki məsələyə fərqli yanaşma tələb edir.
Əmək Məcəlləsinin 187-ci maddəsinin birinci hissəsinə əsasən, intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.

Misal 1. Mühasibatlıq bölməsində çalışan işçi 10 oktyabr 2019-cu il tarixdə təqdim etdiyi bəyannamədə yanlışlıq edib. Amma işəgötürən bəyannamədə səhv olması barədə 31 oktyabr 2019-cu il tarixdə xəbər tutub. Bu halda işəgötürənin işçiyə intizam tənbeh verməsi üçün 30 noyabr 2019-cu il tarixə kimi vaxtı var.
Misal 2. İşçi 15 oktyabr 2019-cu il tarixdə texniki avandanlıqdan istifadə zamanı istismar qaydalarını pozub. Həmin avandanlığın növbəti istifadə vaxtı 22 oktyabr 2019-cu ildə olduğu üçün, işəgötürən işçi tərəfindən avandanlığın xarab olması vaxtını həmin tarixdə aşkar edərək rəsmiləşdirilib. İşəgötürən işçiyə 27 noyabr 2019-cu ildə intizam tənbehi kimi töhmət verilməsi haqqında əmr imzalayıb. Artıq bu intizam tənbehinin hüququ qüvvəsi olmayacaq, çünki əmək intizamının pozulduğunun aşkar edildiyi gündən, 22 oktyabr 2019-cu il tarixdən bir aydan çox müddət keçib.
Misal 3. İşçi 10 oktyabr 2019-cu il tarixdə həmkarının şərəf və ləyaqətini alçaldan hərəkətə yol verib. Fakt elə həmin gün kadrlarla iş şöbəsi tərəfindən aktlaşdırılaraq rəhbərliyə məruzə edilib. İntizam tənbehi verilməsi nəzərdə tutulan işçi 15 oktyabr 2019-cu il tarixdə 30 günük əmək məzuniyyəti hüququndan istifadə edib. İşəgötürən araşdırmanın nəticəsi olaraq 20 noyabr 2019-cu il tarixdə işçiyə töhmət verilməsi barədə əmr imzalayıb. İntizam tənbehinin verilməsi əmri ilə hadisənin aşkar olunması tarixi arasında bir aydan çox (40 gün) müddət olmasına baxmayaraq, töhmət keçərlidir. Çünki hadisənin aşkar olunduğu tarixdən sonra işçi 30 günlük məzuniyyətə çıxdığı üçün həmin müddət gözlənilməli olan bir aylıq müddətə daxil edilmir.

Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr) və  “A-dan Z-yə Kargüzarlıq” (III nəşr)

adlı 2 yeni nəşri SATIŞDA

 Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

 
 
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər