Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr) və “A-dan Z-yə Kargüzarlıq” (III nəşr)
Uşağın anadan olmasına görə müavinətin məbləği və rəsmiləşdirmə qaydası (Nümünəvi protokol forması)
Satışda olan "A-dan Z-yə: Kargüzarlıq" kitabının "Müavinətlərin verilməsi prosedurları, onlara tələblər və sənədlərlə rəsmiləşdirilməsi" bölməsindən seçmə
“Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 15 aprel 2019-cu il tarixli 640 nömrəli Fərmana əsasən 2019-cu ilin aprelin 1-dən uşağın anadan olmasına görə müavinət 200 manat məbləğində müəyyənləşdirilib.
Müavinət Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödənilir. Uşağın anadan olmasına görə birdəfəlik müavinət, müraciət edildikdə verilir və müraciət müddəti məhdudlaşdırılmır.
Uşağın valideynləri işləmədikdə sənədlər qeydiyyat yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun şəhər (rayon) şöbəsinə təqdim edilməlidir.
Uşağın anadan olmasına görə birdəfəlik müavinətin təyin edilməsi ilə bağlı Müavinət komissiyanın iclasının protokolunun nümunəvi forması
«Alov» MMC-nin
Müavinət komissiyasının iclasının
PROTOKOLU № _____
Kürdəmir şəhəri ____ ____________2019-cu il
“Alov” MMC-nin Texniki şöbəsinin laborantı Əliyeva Gülnarə Əvəz qızı tərəfindən təqdim edilmiş sənədlər əsasında ona qanunvericiliklə nəzərdə tutulmuş uşağın anadan olmasına görə birdəfəlik müavinətin ödənilməsi məsələsinə baxaraq
QƏRARA ALDI:
Əliyeva Gülnarə Əvəz qızına sosial sığorta ödənişləri hesabına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Kürdəmir rayon şöbəsi tərəfindən 200 (iki yüz) manat məbləğndə uşağın anadan olmasına görə birdəfəlik müavinət ödənilsin.
Komissiyanın sədri ___________ Əliyev Adil Camal oğlu
Komissiyanın üzvü ___________Qalabəyov Əlimərdan Həsən oğlu
Komissiyanın üzvü ___________Məmmədov Kamil Amil oğlu
adlı 2 yeni nəşri SATIŞDA
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
3 Komment
Elbəy Bəşirov 10 Noyabr 2020
Salam Uşağın anadan olmasına görə birdəfəlik müavinətin verilməsi ilə bağlı ərizə formasını necə yazmalıyam? Xahiş edirəm müvafiq nümunə forması və ya ətraflı məlumat verəsiniz.
Vüsal 18 Noyabr 2020
Salam.Fərdi sahibkarın uşağı anadan olmuşdur.İndi onun özü uşaq pulu almaq üçün protokol tərtib etməlidir.Ancaq həmin protokolun tərtib etmə qaydasını,protokola hansı cümlələrin daxil edilməsini,məzmununun necə olması barədə məlumatımız yoxdur.Xahiş edirik ki,bu barədə bizə dəstək olun.Həm də heç olmasa bir ədəd protokol nümunəsini də bizə göndərin.Bir daha qeyd edirəm ki,uşaq pulu almaq istəyən VÖEN-i olan fərdi sahibkardır,işçi deyil.
EMIL 06 Yanvar 2021
Salam.HER VAXTINIZ XEYIR.Fərdi sahibkarın uşağı anadan olmuşdur.İndi onun özü uşaq pulu almaq üçün protokol tərtib etməlidir.Ancaq həmin protokolun tərtib etmə qaydasını,protokola hansı cümlələrin daxil edilməsini,məzmununun necə olması barədə məlumatımız yoxdur.Xahiş edirik ki,bu barədə bizə dəstək olun.Həm də heç olmasa bir ədəd protokol nümunəsini də bizə göndərin.Bir daha qeyd edirəm ki,uşaq pulu almaq istəyən VÖEN-i olan fərdi sahibkardır,işçi deyil.
Şərh yazın