Məzuniyyət qeyri-iş günü başlaya bilər?

Məzuniyyət qeyri-iş günü başlaya bilər?

Satışda olan "Əmək Qanunvericiliyi və Şərhlər Toplusu 2020" kitabının "Məzuniyyətlər" bölməsindən seçmə

Məzuniyyətin bitməsi ilə yanaşı başlanma tarixinin qeyri-iş günlərinə təsadüf etməsi də həmkarlarımızı maraqlandıran məsələlərdəndir. Əmək Məcəlləsində məzuniyyətin iş və ya qeyri-iş günü başlaması ilə bağlı hər hansı norma müəyyən edilməyib. Sadəcə Məcəllədə qeyd edilir ki, işçinin işə başlama tarixi qeyri-iş gününə təsadüf edərsə, o zaman növbəti iş günündə işə çıxmalıdır.

Misal. İşçi müraciət edir ki, şənbə günündən başlayaraq məzuniyyət hüququndan istifadə etmək istəyirəm, o zaman işəgötürən bunu təmin etməlidir. İşçi məzuniyyətə çıxmadan özü üçün hesablama aparır ki, məzuniyyətin hansı tarixdən başlaması və bitməsi onun gəlirlərinə necə təsir edir. Əmək Məcəlləsi də işçiyə məzuniyyət hüququndan istifadə üçün ərizədə istədiyi vaxtı müəyyən etmək hüququnu verib.
Qeyd edək ki, Dövlət Əmək Müfəttişliyi Xidməti işçinin məzuniyyətinin qeyri-iş günündə başlamasına görə işəgötürənə cərimə tətbiq edə bilməz.

Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr) və  “A-dan Z-yə Kargüzarlıq” (III nəşr)

adlı 2 yeni nəşri SATIŞDA

 Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

1 Komment

  1. Tural 20 İyul 2022

    Mezuniyyetin bitis gunu istirahet gununune tesaduf etdikde emrde nece qeyd olunur?

Şərh yazın