Məzuniyyət qeyri-iş günü başlaya bilər?
Satışda olan "Əmək Qanunvericiliyi və Şərhlər Toplusu 2020" kitabının "Məzuniyyətlər" bölməsindən seçmə
Məzuniyyətin bitməsi ilə yanaşı başlanma tarixinin qeyri-iş günlərinə təsadüf etməsi də həmkarlarımızı maraqlandıran məsələlərdəndir. Əmək Məcəlləsində məzuniyyətin iş və ya qeyri-iş günü başlaması ilə bağlı hər hansı norma müəyyən edilməyib. Sadəcə Məcəllədə qeyd edilir ki, işçinin işə başlama tarixi qeyri-iş gününə təsadüf edərsə, o zaman növbəti iş günündə işə çıxmalıdır.
Misal. İşçi müraciət edir ki, şənbə günündən başlayaraq məzuniyyət hüququndan istifadə etmək istəyirəm, o zaman işəgötürən bunu təmin etməlidir. İşçi məzuniyyətə çıxmadan özü üçün hesablama aparır ki, məzuniyyətin hansı tarixdən başlaması və bitməsi onun gəlirlərinə necə təsir edir. Əmək Məcəlləsi də işçiyə məzuniyyət hüququndan istifadə üçün ərizədə istədiyi vaxtı müəyyən etmək hüququnu verib.
Qeyd edək ki, Dövlət Əmək Müfəttişliyi Xidməti işçinin məzuniyyətinin qeyri-iş günündə başlamasına görə işəgötürənə cərimə tətbiq edə bilməz.
Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr) və “A-dan Z-yə Kargüzarlıq” (III nəşr)
adlı 2 yeni nəşri SATIŞDA
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
1 Komment
Tural 20 İyul 2022
Mezuniyyetin bitis gunu istirahet gununune tesaduf etdikde emrde nece qeyd olunur?
Şərh yazın