Qismən ödənişli məzuniyyətdə olan işçi yenidən analıq məzuniyyətinə çıxdıqda hesablama necə olmalıdır?

Qismən ödənişli məzuniyyətdə olan işçi yenidən analıq məzuniyyətinə çıxdıqda hesablama necə olmalıdır?

 Satışda olan "Əmək Qanunvericiliyi və Şərhlər Toplusu 2020" kitabının "Müavinətlər" bölməsindən seçmə

Analıq məzuniyyəti ilə bağlı bizə ən çox verilən suallardan biri də, işçinin qismən ödənişli sosial məzuniyyətdə olduğu halda yenidən analıq məzuniyyətə çıxması halları ilə bağlıdır. Əsasnamənin 28-ci maddəsində qeyd edilir ki, sığortaolunanın əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayında əmək fəaliyyəti olmamışdırsa, onda bir iş gününə düşən orta gündəlik qazancı müavinətin hesablanması əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə qanunvericiliklə müəyyən edilmiş minimum aylıq əməkhaqqının qüvvədə olan məbləğinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydakı iş günlərinin sayına bölünməsi ilə tapılır.

Misal. “AA” MMC-nin 5 illik sosial staja malik olan işçisi Quliyeva Adilə 16 oktyabr 2010-cu il tarixdə müraciət edərək analıq məzuniyyətinə çıxmaq istəyir. Quliyev Adilə 2017-ci ilin mart ayında analıq məzuniyyətə çıxıb, analıq məzuniyyətdən geri qayıtmadan qismən ödənişli sosial məzuniyyətə çıxıb. İşçinin 2019-cu ilin oktyabr ayından əvvəlki dövrdə hər hansı əmək fəaliyyəti olmayıb. Bu zaman proqram təminatının “Yekun müavinət məbləğinin təyin edilməsi” bölməsindən “əvvəlki 12 ayı işləməyib” qeydini aktiv etmək lazımdır.
Hər ay üzrə işçinin qazancı olaraq minimum əmək haqqı nəzərə alınacaq:

Cədvəldən göründüyü kimi, son 12 ayda fəaliyyəti olmayan işçiyə ödəniləcək müavinət məbləği minimum əmək haqqı əsasında 1030,44 manat təşkil edir.

 

Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr) və  “A-dan Z-yə Kargüzarlıq” (III nəşr)

adlı 2 yeni nəşri SATIŞDA

 Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

 
 
 

0 Komment

    Şərh yazın