Sınaq müddətində olan işçinin işin öhdəsindən gələ bilməməsi necə rəsmiləşdirilməlidir?

Sınaq müddətində olan işçinin işin öhdəsindən gələ bilməməsi necə rəsmiləşdirilməlidir?

Satışda olan "Kargüzarlıq: A-dan Z-yə" kitabının " İşə qəbul, başqa işə keçirilmə, işdən kənarlaşdırma və işdən azad olunmanın rəsmiləşdirilməsi" bölməsindən seçmə

Fərdi iş planının nəticəsi qənaətbəxş deyilsə, işəgötürən işçi ilə bağlanılmış əmək müqaviləsini qarşı tərəfi yazılı xəbərdar etməklə birtərəfli qaydada poza bilər.
Bəzən olur ki, təşkilatlarda sınaq müddəti ilə işə götürülmüş işçinin tabe olduğu şöbənin müdiri xidməti yazı ilə sınağın nəticələri barədə təşkilatın rəhbərini məlumatlandırır. Bu da kargüzarlıq baxımından yolverilən haldır. Ancaq xidməti yazıda işçinin ona tapşırılan işləri yerinə yetirə bilməməsi, özünü doğrultmaması, əmək intizamına əməl etməməsi mütləq faktlarla, sənədlərlə sübut olunmalıdır.

Belə xidməti yazının nümunəvi forması növbəti səhifədəki kimidir:

“Alov” MMC-nin direktoru
Nəbili Nüsrət Nadir oğluna
Satış şöbəsinin müdiri
Qafarov Malik Abbas oğlu tərəfindən

Xidməti yazı

Sınaq müddətində olan işçinin işin öhdəsindən gələ bilməməsi barədə


03 avqust 2019-cu il tarixində 2 aylıq sınaq müddəti şərti ilə satış şöbəsinə menecer vəzifəsinə təyin olunmuş Nəsibov Amil Seymur oğlunun icra etdiyi işlə bağlı bilikləri və peşəkar vərdişləri yetərli olmadığından ona tapşırılan işin öhdəsindən gələ bilmir. Fərdi iş planına uyğun olaraq işçi 2 ay müddətində 6 yeni müqavilə bağlamalı idi. Ancaq 25 sentyabr 2019-cu il tarixinədək o, 1 müqavilə belə bağlamayıb.
Bundan əlavə, Nəsibov Amil Seymur oğlu bu müddətdə əmək intizamını pozmağa meylli işçi olduğunu nümayiş etdirib, komandada işləmək bacarığının əskikliyi, adamayovuşmaz xarakteri ilə gündəmə gəlib. İş vaxtında işə aidiyyəti olmayan saytlarda vaxtını keçirdiyindən ona bir neçə dəfə xəbərdarlıq edilib. Nəsibov Amil Seymur oğlu bir ay müddətində üzrsüz səbəbdən (işçinin izahatları əlavə olunur) iki dəfə işə gecikib.
İşçinin sınaq müddətinin 03 oktyabr 2019-cu il tarixində bitdiyini nəzərə alaraq diqqətinizə çatdırıram ki, Nəsibov Amil Seymur oğlu sınaq müddətində heç bir qiymətləndirmə meyarı üzrə özünü doğrultmayıb.
Qoşma:
1. Nəsibov Amil Seymur oğlunun fərdi iş planı, 1 nüsxə, 2 vərəq;
2. 15 avqust 2019-cu il tarixində işə gecikməklə bağlı işçinin izahatı, 1 nüsxə, 1 vərəq;
3. 21 avqust 2019-cu il tarixində işə gecikməklə bağlı işçinin izahatı, 1 nüsxə, 1 vərəq.

________ Qafarov M.A.
26 sentyabr 2019-cu il

Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr) və  “A-dan Z-yə Kargüzarlıq” (III nəşr)

adlı 2 yeni nəşri SATIŞDA

 Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

 
 
 

0 Komment

    Şərh yazın