İşçi əvvəlki 12 təqvim ayını tam olaraq işləmədikdə müavinət necə hesablanmalıdır?
Satışda olan "Əmək Qanunvericiliyi və Şərhlər Toplusu 2020" kitabının "Müavinətlər" bölməsindən seçmə
Müavinətin hesablanmasında ən çox müzakirə olunan məsələlərdən biri də, işçinin son 12 ayı tam işləmədikdə müavinətin hesablanmasıdır.
DSMF-nin sabiq sədr müavini İdris İsayev “Monitor Konsaltinq” jurnalına müsahibəsində işçinin 10 ay işlədiyi halda müavinətin hesablanmasna aid sualı belə cavablandırmışdı:
“Misal. (müddətlər şərti götürülmüşdür) İşçi 2011-ci ilin yanvar ayında 10 iş günü əmək qabiliyyətini müvəqqəti itirmişdir. İşçi əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 10 tam təqvim ayında bütün iş günlərini tam işləmişdir və həmin dövrdə onun qazancı yalnız əmək haqqından ibarət olmaqla 4000 (400 manat x 10 ay) manat təşkil etmişdir. İşçinin 7 il sosial sığorta stajı vardır.
İlk növbədə bir iş gününə düşən orta gündəlik qazanc tapılmalıdır. Bir iş gününə düşən orta gündəlik qazanc işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayı ərzində əldə etdiyi qazancın həmin dövrdəki iş günlərinin sayına bölünməklə tapılır.
Bir iş gününə düşən orta gündəlik qazanc = 4000 manat (hesabat dövründə qazancın) / 252 iş günü (hesabat dövründə iş günlərinin sayı) = 15,87 manat”
Cavabdan göründüyü kimi, işçi son 12 aylıq dövrdə 10 ay işləməsində baxmayaraq, 12 ay üzrə iş günlərinin sayı və hesablanan məbləğ əsas götürülür.
Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr) və “A-dan Z-yə Kargüzarlıq” (III nəşr)
adlı 2 yeni nəşri SATIŞDA
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
0 Komment
Şərh yazın