Əmək məzuniyyəti zamanı ərizənin yazılması prosesi necə həyata keçirilməlidir? (Nümünəvi forma)

Əmək məzuniyyəti zamanı ərizənin yazılması prosesi necə həyata keçirilməlidir? (Nümünəvi forma)

Satışda olan "Kargüzarlıq: A-dan Z-yə" kitabının "Bütün növ məzuniyyətlərin verilməsinin rəsmiləşdirilməsi" bölməsindən seçmə

Əmək məzuniyyəti də daxil olmaqla bütün növ məzuniyyətlərdən istifadə zamanı ərizənin yazılması Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələbidir.
Ancaq burada incə bir məqam var. Əvvəlcə bunu aydınlaşdıraq. Bölmənin gedişində məlumat verdik ki, əmək məzuniyyətlərinin verilməsi işçi və işəgötürənin razılığı ilə növbəlilik qrafiki əsasında təqdim edilir. İşçi qrafikdə əmək məzuniyyətinin dövrü və müddəti ilə tanış olur və imza çəkməklə cədvəl hazırlanarkən verdiyi şifahi razılığını təsdiq edir. Əgər işçinin məzuniyyət dövrü ilə bağlı cədvələ hər hansı dəyişiklik olmayıbsa, məntiqlə işçinin ərizə yazmasına ehtiyac qalmır. Bu, artıq izafi sənədləşmə olur. Qrafikdə məzuniyyətin vaxtı dəyişəndə isə işçi onsuz da ərizə yazır ki, bu barədə bölmənin əvvəlki səhifələrində yetərli məlumat vermişik.

Bu məlumatı verməklə yanaşı, kadrlarla iş şöbəsinin əməkdaşlarına ərizə məsələsində diqqətli olmağı tövsiyə edirik. Məzuniyyət ərizəsinin konkret forması yoxdur, Əmək Məcəlləsi ilə belə ərizəyə konkret tələblər müəyyənləşdirilməyib. Ərizənin formasına hər hansı tələb olmadığından o əllə də yazıla bilər, komputerlə də. Sadəcə, fikrin ifadəsi baxımından anlaşıqlı və sadə olması, zəruri faktları əks etdirməsi yetərlidir. Müxtəlif məzuniyyətlərlə bağlı işçinin ərizəsinin nümunəvi formalarını təqdim edirik:
Əmək məzuniyyəti üçün sadə ərizə forması

“Alov” MMC-nin direktoru
Nəbili Nüsrət Nadir oğluna
Kadrlarla iş şöbəsinin mütəxəssisi
Quliyeva Əsmər Qadir qızı tərəfindən

ƏRİZƏ

Xahiş edirəm, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 131-ci maddəsinə uyğun olaraq ___ ______2019-cu ildən ___ ________2020-ci ilədək iş ili üçün 34 təqvim günü (30 təqvim günü əsas və 4 təqvim günü əlavə) əmək məzuniyyətimi 04 sentyabr 2019-cu il tarixindən 8 oktyabr 2019-cu il tarixinədək olan dövrdə təqdim edəsiniz.

___________ Quliyeva Ə.Q.

Tarix: ___________________

Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr) və  “A-dan Z-yə Kargüzarlıq” (III nəşr)

adlı 2 yeni nəşri SATIŞDA

 Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

1 Komment

  1. Əlövsət Baxşəliyev 16 Sentyabr 2022

    Salam, müəssisənin rəhbəri özü məzuniyyətə çıxarkən ərizə yazmalıdırmı? Yazmalıdırsa, kimin adına (onu rəsmən əvəz edən şəxs yoxdursa)? Məzuniyyət haqqında əmr necə olmalıdır? Xahiş edirik, bu suallara aydınlıq gətirəsiniz.

Şərh yazın