İşçi xaricdə əmək qabiliyyətini itirərsə, sənədləşmə necə olmalıdır?

İşçi xaricdə əmək qabiliyyətini itirərsə, sənədləşmə necə olmalıdır?

Satışda olan "Əmək Qanunvericiliyi və Şərhlər Toplusu 2020" kitabının "Müavinətlər" bölməsindən seçmə

Son dövrlərdə qonşu ölkələrdə müalicə alan şəxslərin sayı artmaqdadır. Maraqlıdır ki, işçi əmək qabiliyyətinin bərpası üçün xaricdə müalicə alarsa, rəsmiləşdirmə necə aparılır. Əsasnamənin 27-ci maddəsində qeyd edilir ki, işçiyə respublikadan xaricdə əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar verilmiş sənədlər yaşayış və ya iş yeri üzrə müalicə - profilaktika idarələri tərəfindən xəstəlik vərəqələri ilə əvəz olunur. Bu zaman artıq həmin xəstəlik vərəqələri üzrə müavinətin hesablanması ümumi qaydada həyata keçirilir.

Misal. “A” MMC-nin işçisi Türkiyənin Hacettepe Universitetinin xəstəxanasında müalicə alır və işçi müalicəsi ilə bağlı sənədləri yaşadığı Nərimanov rayonu üzrə qeydiyyatda olduğu poliklinikaya təqdim edir. Həmin səhiyyə məntəqəsi də xaricdə müalicənin nəticələri haqqında təqdim olunan sənədlər əsasında xəstəlik vərəqəsi hazırlayır. Bu cür sənədləşmələr bir qayda olaraq, xaricdə əmək qabiliyyətini itirənlər üçün tətbiq edilir.
Təcrübədə tətbiq olunan əsas hal isə odur ki, işçi xəstələndikdən sonra qərara alır ki, əməliyyatı, məsələn, Türkiyədə etdirsin. Bu zaman işçi yaşayış yeri üzrə müalicə - profilaktika idarəsində qeydiyyata düşür. Sonra isə Türkiyədə əməliyyat keçirməsi haqqında sənədləri həmin idarəyə təqdim etməklə xəstəlik vərəqəsi əldə edir.

Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr) və  “A-dan Z-yə Kargüzarlıq” (III nəşr)

adlı 2 yeni nəşri SATIŞDA

 Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

0 Komment

    Şərh yazın