ƏMR hazırlanarkən diqqət yetiriləsi VACİB MƏQAMLAR

ƏMR hazırlanarkən diqqət yetiriləsi VACİB MƏQAMLAR

Satışda olan "Kargüzarlıq: A-dan Z-yə" kitabının "Sərəncamverici sənədlər (əmr, protokol, qərar): tərtibi,rəsmiləşdirilməsi və qeydiyyatı" bölməsindən seçmə

Təlimatda yazılanlara əlavə kimi, təcrübədən və standartların tələblərindən çıxış edərək bir neçə mühüm məsələyə toxunmaq istəyirik. Yaddan çıxarmayın ki, əmr xüsusi blankda rəsmiləşdirilir. Əmrdə təşkilatın emblemi, adı, sənədin adı (əmr), tarixi, qeydiyyat nömrəsi, tərtib və ya çap olunduğu yer, başlıq, mətn, əlavə haqqında qeyd (əgər varsa), imza və viza kimi rekvizitlərin olması mütləqdir.

Təlimatdan da göründüyü kimi əmrin mətni iki hissədən ibarət olur: şərh və sərəncam. Şərh hissəsində sərəncam üçün əsaslandırma hazırlanır. Əsaslandırma kimi müəssisə qarşısında qoyulan məqsəd və məsələlərin reallaşdırılması, xidməti yazı, ərizə, müqavilə, akt, rəsmi razılıq, yuxarı təşkilat tərəfindən qəbul edilən və yaxud daxili normativ akt (məsələn, Direktorlar (Müşahidə) Şurasının, İdarə Heyətinin qərarı, Nazirlər Kabinetinin normativ aktları və sair) göstərilə bilər. Ancaq mümkündür ki, sənəd ancaq sərəncam hissəsindən ibarət olsun, şərhə ehtiyac qalmasın. Əmrin sərəncam hissəsi tapşırıqlar verilən hissədir və ayrıca sətirdə, böyük hərflərlə ƏMR EDİRƏM sözləri ilə başlayır.
İndi isə Təlimatda əhatə olunmayan digər məsələlərə baxaq. Əmrin sonuncu bəndində yaxşı olar ki, onun icrasına (icraçılara) nəzarəti həyata keçirən vəzifəli şəxsin adı qeyd olunsun. Bu, hansısa struktur bölməsinin rəhbəri, müavin və ya rəhbərin özü ola bilər. Məsələn:
4. Əmrin icrasına nəzarətin həyata keçirilməsi direktorun istehsalat üzrə müavini Əli Quliyevə tapşırılsın.
Və yaxud:
4.Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.

Bəzən əmrdə icraçıların adının göstərilməsinə ehtiyac olmaya bilər. Məsələn:
1. Kargüzarlıqla bağlı Təlimat təsdiq olunsun.
Və yaxud:
1. Kargüzarlıqla bağlı Təlimat 09.09.2018-ci il tarixdən qüvvəyə minsin.
Yaxşı olar ki, əmrdə hər bir bənd üzrə verilən tapşırığın icrası müddəti konkret göstərilsin. Ancaq bəzən bunu etmək olmur. Məsələn, mütəmadi təkrarlanan tapşırıqlarda bunu aşağıdakı kimi ifadə etmək lazımdır:
1. ..... həftəlik məlumatların təqdim olunmasını təmin etsin.
Əgər əmrə hər hansı sənəd əlavə olunarsa, o zaman mətndə sənədin adı tam şəkildə göstərilir və cümlənin sonunda mötərizədə yazılır: (Əlavə olu­nur), (Əlavə 1), (Əlavə 2) və sair. Əgər əmrə bir neçə sənəd əlavə olunmuşsa, o zaman əlavələr nömrələnir. Bir sənəd əlavə olunarsa, nömrələnmə aparılmır.

Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr) və  “A-dan Z-yə Kargüzarlıq” (III nəşr)

adlı 2 yeni nəşri SATIŞDA

 Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

 
 
 

1 Komment

  1. Elşad 13 Aprel 2023

    Salam. Hər iki kitabın qiymətini yazın zəhmət olmasa

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər