Əməkhaqqı dəyişikliyi ilə bağlı əmək müqaviləsinə əlavə necə hazırlanmalıdır? (Nümünəvi forma)
Satışda olan "Kargüzarlıq: A-dan Z-yə" kitabının "Ştat cədvəlinin və ona dəyişikliklər edilməsinin sənədləşdirilməsi" bölməsindən seçmə
Bu halda əmək haqqında dəyişiklik olunan hər bir işçi ilə əmək müqaviləsinə əlavə razılaşma imzalanması şərtdir. Unutmayın ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə görə, bu proses ştat cədvəlinə dəyişiklik edilməsi ilə bağlı əmrin verilməsindən əvvəl həyata keçirilməli və hər bir işçinin əmək müqaviləsinə əlavə razılaşma imzalanmalıdır. Hər iki sənədin nümunəvi formasını təqdim edirik.
10 fevral 2019-cu il tarixli, ___№-li əmək müqaviləsinə
Əlavə razılaşma
№_____
Goranboy şəhəri 29 avqust 2019-cu il
Bir tərəfdən “İşəgötürən”- nizamnaməsinə əsasən fəaliyyət göstərən “Alov” MMC, Baş direktoru Nəbili Nüsrət Nadir oğlunun şəxsində, digər tərəfdən “İşçi”- Satış üzrə mütəxəssis Qarayev Sabir Cabbar oğlunun şəxsində aşağıdakı şərtlərlə 10 fevral 2019-cu il tarixli, ___№-li əmək müqaviləsinə Əlavə razılaşma imzaladılar.
1. Əmək müqaviləsinin 4.1-ci bəndi aşağıdakı redaksiyada verilsin: “ 4.1. İşçiyə hər ay 320 (üz yüz iyirmi) manat məbləğdə əmək haqqı ödənilir;”
2. 10 fevral 2019-cu il tarixli, ___№-li əmək müqaviləsinin (əgər əmək müqaviləsi bağlandıqdan sonra ona dəyişiklik edilməsi məqsədilə əlavə və ya əlavələr imzalanıbsa, o halda mötərizədə “Əlavənin” və “Əlavələrin” yazmaq lazımdır) digər şərtləri öz qüvvəsində qalır.
3. 10 fevral 2019-cu il tarixli, ___№-li əmək müqaviləsinə Əlavə razılaşma ilə edilmiş dəyişiklik 1 sentyabr 2019-cu il tarixindən qüvvəyə minir.
4. Əlavə razılaşma 10 fevral 2019-cu il tarixli, ___№-li əmək müqaviləsinin ayrılmaz hissəsidir və eyni hüquqi qüvvəyə malik olmaqla, 2 (iki) nüsxədə tərtib olunub. Əlavə razılaşmanın bir nüsxəsi işəgötürəndə - işçinin şəxsi işində, digər nüsxəsi isə işçidə saxlanılır.
TƏRƏFLƏRİN İMZALARI:
İŞƏGÖTÜRƏN: İŞÇİ:
Baş direktor _______ Nəbili N.N. _______Qarayev S.C.
M.Y.
Əmək müqaviləsinə Əlavə razılaşmanın bir nüsxəsini aldım: ________Qarayev S.C.
adlı 2 yeni nəşri SATIŞDA
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
1 Komment
Gulnare 28 Avqust 2020
Menim emekhaqqim 135 manatdir ancaq 181 manat görsenir sistemde bunu nece berpa elemek lazimdirki heqiqi 135 manatdir.
Şərh yazın