İşçinin məzuniyyət dövrünə ümumxalq hüzn və ya səsvermə günü təsadüf etdiyi halda məzuniyyət günləri uzadılmalıdır?

İşçinin məzuniyyət dövrünə ümumxalq hüzn və ya səsvermə günü təsadüf etdiyi halda məzuniyyət günləri uzadılmalıdır?

Satışda olan "Əmək Qanunvericiliyi və Şərhlər Toplusu" kitabının "Məzuniyyətlər" bölməsindən seçmə

Məzuniyyət günlərinin artırılması ilə bağlı ən çox verilən suallardan biri də, həmin dövrə ümümxalq hüzn (20 yanvar) və ya səsvermə gününün təsadüf etməsidir. Əmək Məcəlləsinin 114-cü maddəsinin 6-cı hissəsində qeyd edilir ki, əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri məzuniyyətin təqvim günlərinə daxil edilmir və ödənilmir. Göründüyü kimi, əmək qanunvericiliyində ümümxalq hüzn və ya səsvermə günü ilə bağlı hər hansı qeyd yoxdur. O səbəbdən də məzuniyyət dövrünə bu günlər təsadüf etdiyi halda, məzuniyyət günlərinin müddəti uzadılmır.

Təcrübədə rast gəlinən hallardan biri də, Qurban və Ramazan bayramlarının digər bayramlarla üst-üstə düşməsi halıdır. Misal üçün, iki günlük Qurban bayramının bir günü 26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri günü ilə eyni günə təsadüf etdiyi halda məzuniyyət günləri neçə gün artırılmalıdır? Bu kimi hallarda işçilər 3 bayram günündən istifadə etsələr də, qanunvericiliyin tələbinə əsasən məzuniyyət dövrü 2 gün artırılmalıdır.
Fikrimizcə, həm ümümxalq hüzn, həm səsvermə günləri, həm də Qurban və Ramazan bayramlarının digər bayramlarla üst-üstə düşməsi məzuniyyət dövrünə təsadüf edərsə, məzuniyyət günlərinin sayının artırılması daha doğru olardı. Bununla bağlı qanunvericilikdə müvafiq dəyişikliyin aparılmasına ehtiyac var.
Bir məsələni də qeyd edək ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birlikdə izahat hazırlayıb. İzahatda Beynəlxalq Əmək Təşkilatının “Ödənişli məzuniyyətlər haqqında” adlı, 132 saylı konvensiyasına istinad olunub.
Həmin konvensiyada qeyd edilir ki, bayram və digər iş günləri hesab edilməyən qeyri-iş günləri məzuniyyətin dövrünə daxil edilmir. O səbəbdən də, İzahatda ümümxalq hüzn günü qədər məzuniyyət müddətinin uzadılması qeyd olunub. Amma bir məsələni də qeyd edək ki, həmin izahat Ədliyyə Nazirliyindən qeydiyyatdan keçmədiyinə görə hüquqi-normativ sənəd hesab olunmur.

Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr) və  “A-dan Z-yə Kargüzarlıq” (III nəşr)

adlı 2 yeni nəşri SATIŞDA

 Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər