İşəgötürən ixtisar zamanı hansı işçilərə üstünlük verilməlidir?

İşəgötürən ixtisar zamanı hansı işçilərə üstünlük verilməlidir?

Satışda olan "Əmək Qanunvericiliyi və Şərhlər Toplusu" kitabının "Əmək müqaviləsinə xitam qaydaları" bölməsindən seçmə

Xəbərdarlıq müddətinin əmək stajına müvafiq olaraq fərqləndirilməsinin əsas səbəbini növbəti səhifələrdə izah edəcəyik. İndi isə işəgötürənin ixtisar zamanı kimlərə üstünlük verməli olması məsələsinə aydınlıq gətirək.
İşəgötürən ixtisar siyahısına daxil edəcəyi işçiləri düzgün müəyyənləşdirməlidir. Çünki işçilərin ixtisarı haqqında qərar kifayət qədər ədalətli və əsaslandırılmış olmalıdır ki, sonradan etiraz doğurmasın, şikayət edilməsin.

Əmək Məcəlləsinin 78-ci maddəsinə əsasən, işəgötürən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçiləri işdə saxlamalıdır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir.
Misal 1. İşəgötürən maliyyə vəziyyətinin pisləşməsini əsas gətirərək, mühasibat departamentində işləyən beş mühasibin üçünü ixtisar etmək qərarına gəlir. Burada maraqlı məsələ ixtisar olunacaq işçilərin müəyyənləşdirilməsidir. Müxtəlif yanaşmalar ola bilər, onlardan biri də işçilərin təhsil məsələsidir. Yəni, işəgötürən qərar verə bilər ki, yalnız mühasibat uçotu ixtisası üzrə ali təhsili olan işçilər saxlanılsın, orta ixtisaslı və ya mühasibat uçotu ixtisasını bitirməyən işçilər ixtisar olunsun.
Misal 2. İşəgötürən qərar verir ki, satış meneceri vəzifəsində çalışan 10 işçidən 6-sı ixtisar olunsun. İşəgötürən ixtisar olunan işçilərin müəyyənləşdirilməsi üçün komissiya yarada bilər. Komissiya satış işçilərinin bilik və bacarıqlarının qiymətləndirilməsi ilə bağlı imtahan keçirir və nəticələri işəgötürənə təqdim edir. İşəgötürən qərar verir ki, 100 mümkün baldan 70-dan aşağı bal toplayan işçilər ixtisar siyahısına daxil edilsin.

"Vergi uçotu: A-dan Z-yə" (II nəşr),  “Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr) və  “A-dan Z-yə Kargüzarlıq” (III nəşr)

adlı 3 yeni nəşri SATIŞDA

 Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

 
 
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər