Baş Nazirin yeni məktubunda işçilər üçün nələr tövsiyyə olunur: Sərtləşdirilmə yoxsa Yumşaldılma?
Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov 48 mərkəzi, yerli icra hakimiyyəti orqanlarının və dövlət qurumlarının rəhbərlərinə məktub göndərib. Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov APA-ya açıqlamasında bildirib ki, Baş Nazir Əli Əsədovun avqustun 10-da imzaladığı məktubda 3 əsas məqam nəzərdə tutulub: "Məktubda nəzərdə tutulan dövlət orqanlarında işə cəlb ediləcək işçilərin sayının 20-30 %-dən ən çoxu 50%-ə qaldırılması ilə bağlı tapşırıq verilib. Xatırladım ki, həmin dövlət orqanlarında indiyə qədər işçilərin 20 və 30 %-i işə cəlb edilirdi. Bu sayın dərəcəsi artıq 50%-ə qədər yüksəldilib. Məktubda qeyd edilən ikinci məqama əsasən, dövlət orqanlarında 65 yaşdan yuxarı işçilərin işə cəlb edilməməsi tapşırığı verilib. Üçüncüsü isə dövlət orqanlarında əməkdaşların həftələr üzrə qrafik müəyyən edilməklə, növbəlilik qaydasında işə cəlb edilməsi tapşırılıb”.
Qeyd edək ki, indiyədək 60 yaşdan yuxarı işçilərin işə cəlb edilməsi qadağan idi.
0 Komment
Şərh yazın