İşçiyə tənbehin verilməsi necə rəsmiləşdirilir? (Nümünəvi forma)

İşçiyə tənbehin verilməsi necə rəsmiləşdirilir? (Nümünəvi forma)

Satışda olan "A-dan Z-yə: Kargüzarlıq" kitabının " İntizam tənbehi və mükafatın növləri və verilməsinin sənədləşdirilməsi" bölməsindən seçmə

Əgər işçiyə hər hansı intizam tənbehi veriləcəksə, bu prosesdə sonuncu mərhələ təşkilatın rəhbərinin əmridir, bununla da dairə qapanır. Təşkilatın rəhbəri işçinin işə gəlməməsi ilə bağlı tərtib olunan sənədlərə baxaraq müvafiq qərar qəbul edir. O, işçiyə intizam tənbeh tədbiri tətbiq etmək məsələsində sərbəstdir. Hesab edək ki, işçiyə töhmət verilir. Belə əmrin nümunəvi formasını təqdim edirik:

Blank “Alov” MMC

ƏMR

№________

Bakı şəhəri                                                                          29 avqust 2019-cu il

İşçiyə töhmət verilməsi haqqında

Satış şöbəsinin müdiri Qafarov Malik Abbas oğlunun 15 avqust 2019-cu il tarixli xidməti yazısına və 15 avqust 2019-cu il tarixli, ____№-li akta əsaslanaraq

 ƏMR EDİRƏM:

  1. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin “a” bəndinə uyğun olaraq Satış şöbəsinin reklam üzrə mütəxəssisi Nəsibov Amil Sahib oğluna 15 avqust 2019-cu il tarixində üzrsüz səbəbdən bütün iş günü ərzində işdə olmamasına görə töhmət elan edilsin.
  2. Əmrin icrasına nəzarət Kadrlarla iş şöbəsinin müdiri Ağazadə Nazlı Həsənağa qızına tapşırılsın.

Direktor ________ Nəbili N.N.

Əmrlə tanış oldum və surətini aldım:

_________ Nəsibov A.S.

30 avqust 2019-cu il

"Vergi uçotu: A-dan Z-yə" (II nəşr),  “Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr) və  “A-dan Z-yə Kargüzarlıq” (III nəşr)

adlı 3 yeni nəşri SATIŞDA

 Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

 

 
 
 

0 Komment

    Şərh yazın