İşəgötürən qismən ödənişli məzuniyyətə çıxan işçiyə qayıtması ilə bağlı şərt qoya bilər?
Satışda olan "Əmək Qanunvericiliyi və Şərhlər Toplusu 2020" kitabının "Müavinətlər" bölməsindən seçmə
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 127-ci maddəsinin 2-ci hissəsinə əsasən uşağa qulluq edən işçi yazılı ərizəsi əsasında qismən ödənişli sosial məzuniyyət hüququndan tam, yaxud hissə-hissə istifadə edə bilər. Qismən ödənişli sosial məzuniyyət hüququndan istifadə edən işçinin yerinə işçi qəbul edərkən, həmin işçi ilə Əmək Məcəlləsinin 47-ci maddəsinin “a” bəndinə uyğun olaraq müddətli əmək müqaviləsinin bağlanılması zamanı xüsusi şərtin (qismən ödənişli sosial məzuniyyətdə olan işçinin öz işinə vaxtından tez qayıtması halında əmək müqaviləsinə xitam verilməsi barədə) göstərilməsi tövsiyə edilir.
Misal. İşəgötürən qısmən sosial məzuniyyətə çıxan işçi ilə bağlı əmrdə qeyd edir ki, vaxtından öncə işə qayıtdıqda işəgötürəni bir ay öncədən xəbərdar etməlidir. İşəgötürən bir ay öncədən xəbərdarlıq şərtinin müvəqqəti əvəz edən işçinin hüquqlarının müdafiəsi məqsədi ilə etdiyini bildirir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində qismən ödənişli sosial məzuniyyətdə olan işçinin işə qayıtması ilə bağlı işçinin işəgötürənə xəbərdarlıq etməsi ilə bağlı norma və qaydalar müəyyən edilmədiyindən, işçinin sosial məzuniyyətdən geri qayıtmasının müddəti ilə bağlı öhdəliyinin işəgötürənin əmri ilə işçinin üzərinə qoyulması işçinin əmək hüquqlarının pozulması halı kimi qiymətləndirilə bilər.
O səbəbdən, işəgötürən qismən ödənişli sosial məzuniyyətə çıxan işçiyə müəyyən müddət öncədən xəbərdarlıq edilməsi şərtini qoya bilməz.
Vergi Məcəlləsində və “Sosial sığorta haqqında” qanunda 02 iyun 2020-ci il tarixinə nəzərdə tutulan bütün dəyişikliklərin şərh edildiyi, Anar Bayramovun müəllifi olduğu “Vergi uçotu: A-dan Z-yə” kitabı satışda
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
0 Komment
Şərh yazın