Doğuş cətin olduqda analıq müavinətinə əlavənin hesablanmasının misalla izahı

Satışda olan "Əmək Qanunvericiliyi və Şərhlər Toplusu" (II nəşr) kitabının "Müavinətlər" bölməsindən seçmə

Əmək Məcəlləsinin 125-ci maddəsinə əsasən, doğuş çətin olduqda, iki və daha çox uşaq doğulduqda doğuşdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir. Yəni, müavinət normal doğuşdan sonraki müddətdən 14 gün artıq ödənilir.
İşçi bununla bağlı xəstəlik vərəqəsini təqdim etdiyi halda, işəgötürən yenidən hesablama həyata keçirərək DSMF-yə təqdim etməlidir.

Misal. İşçinin 12 iyun 2019-cu il tarixdə başlayan 126 günlük analıq məzuniyyəti 16 oktyabr 2019-cu il tarixdə bitir. Amma işçi doğuşun çətin olmasını təsdiq edən sənədi təqdim etdiyi üçün işəgötürən əlavə 14 təqvim gününə düşən iş günlərinə görə analıq məzuniyyəti hesablamalıdır. Bu zaman artıq işəgötürən analıq məzuniyyətinin hesabladığı dövrü yox, 16 oktyabr 2019-cu il tarixdən, yəni normal analıq məzuniyyətinin bitməsi tarixindən əvvəlki 12 ayı əsas götürməlidir.
Nazirlər Kabinetinin 189 saylı Əsasnaməsinə əsasən, orta gündəlik qazancın hesablanması zamanı iş günlərinin sayından hamiləliyə və doğuma görə verilən məzuniyyət dövrü çıxılmalıdır. O səbəbdən işəgötürən 2019-cu ilin iyun –sentyabr ayları üzrə analıq məzuniyyəti hesablanan iş günlərini çıxır və analıq məzuniyyətinin gəliri hesablamada nəzərə alınmır.
2019-cu iyul-avqust ayları tam çıxılır, iyun ayı üzrə 10 iş günü nəzərə alınmır. 1 iş gününə düşən orta gündəlik qazanc məbləği 29,73 manat (5025 manat / 169 iş günü) təşkil edib.
Doğuşun çətin olmasına görə əlavə olunan 14 təqvim gününə isə 10 iş günü təsadüf edir.
Beləliklə, doğuşun çətin olmasına görə işçiyə ödəniləcək 14 təqvim günü dövrünə daxil olan 10 iş gününə görə müavinət məbləği 297,34 manat (29, 73 manat x 10 gün) təşkil edir.

Vergi Məcəlləsində və “Sosial sığorta haqqında” qanunda 02 iyun 2020-ci il tarixinə nəzərdə tutulan bütün dəyişikliklərin şərh edildiyi, Anar Bayramovun müəllifi olduğu “Vergi uçotu: A-dan Z-yə” kitabı satışda

0 Komment

    Şərh yazın

    Xəbərlər