DİQQƏT!!! 50 faizlik məhdudiyyət qoyulan işəgötürənlərdə əmək münasibətləri necə tənzimlənməlidir?

DİQQƏT!!! 50 faizlik məhdudiyyət qoyulan işəgötürənlərdə əmək münasibətləri necə tənzimlənməlidir?

Satışda olan "Əmək Qanunvericiliyi və Şərhlər Toplusu 2020" kitabının "Karantin rejimində əmək münasibətləri" bölməsindən seçmə

Baş Nazir Əli Əsədovun imzaladığı 25 iyun 2020-ci il tarixli, 228 saylı qərara uyğun olaraq Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində bu Qərarın əlavəsinin 4.4-cü, 4.11-ci, 4.12-ci, 4.14-cü, 4.15-ci, 4.16-cı, 5.4-cü, 5.5-ci, 5.6-cı, 6.2-ci, 6.3-cü, 6.4-cü, 6.5-ci, 6.6-cı və 9.2-ci bəndləri ilə fəaliyyətinə icazə verilən iş və xidmət sahələri üzrə işə cəlb olunan işçilərin sayı həmin sahələrdə fəaliyyət göstərən işçilərin ümumi sayının 50 faizindən çox olmamalıdır.
Fəaliyyətinə görə işəgötürənlərə iş icazəsi üzrə 50 faizlik məhdudiyyət qoyulan sahələr barədə bölmənin sonunda məlumat vermişik.
Misal. Mebel istehsalı sahəsində fəaliyyət göstərən vergi ödəyicisinin 12 işçi var. Bu zaman vergi ödəyicisi eyni vaxtda 6 işçi üçün www.icaze.e-gov.az -dan icazə almaq hüququ olduğu üçün digər 6 nəfərin istehsal sahəsinə gələrək işləməsinə icazə verilmir. Bu halda işəgötürən işçiyə işləmədiyi günlərə görə əmək haqqı hesablamalıdır, yoxsa Əmək Məcəlləsinin 146-cı və ya başqa maddəsini tətbiq edə bilər?
Fikrimizcə, işəgötürən 50 faizlik məhdudiyyətlə bağlı müxtəlif varaintlar tətbiq edərək işini davam etdirə bilər. Variantları sadalamadan öncə bildiririk ki, Nazirlər Kabineti 122 saylı qərarı ilə fəaliyyətinə icazə verilməyən sahələrə ciddi tövsiyə edirdi ki, işçilərinin əmək haqlarını ödəsinlər.
Dövlətin siyasəti odur ki, həmin işçilərə işə gəlmədiyi günlər üçün əmək haqqı ödənilsin və ya imkan varsa həmin işçilər evdə işləsinlər.
İndi isə mümkün variantları misallarla izah edək.

Misal 1. Avtomobillərin təmiri sahəsində fəaliyyət göstərən işəgötürənin 8 işçi var. Bu zaman vergi ödəyicisi eyni vaxtda 4 işçi üçün www.icaze.e-gov.az -dan icazə almaq hüququ olduğu üçün digər 4 nəfərin təmir sahəsinə gəlməsinə icazə verilmir.
İşəgötürən qərar verir ki, işçilər 4 nəfərdən olmaqla növbəli iş rejimi ilə işləsinlər. Yəni, işçilər “bir həftə ofis, bir həftə ev” prinspi ilə işlədiyi üçün əmək haqlarında hər hansı azalma tətbiq etmir.
Misal 2. Onlayn satışlar sahəsində fəaliyyət göstərən işəgötürənin 4 işçisi var. İşəgötürən qərar verir ki, çatdırılma işi ilə məşğul olan 2 işçiyə iş icazəsi alsın. Sifarişlərin qəbulu və saytlara xidmət edən digər iki işçi isə evdən işlədiyindən bütün işçilərə əmək haqqı hesablanır.
Misal 3. Daş, metal və taxta məhsullarının istehsalı sahəsində çalışan işəgötürən qərar verir ki, 12 işçisinin 6-sını Əmək Məcəlləsininin 146-cı maddəsinə uyğun olaraq, karantin rejimi bitənə qədər (əmək məzuiyyət müddətinin iki mislindən çox olmamaq şərti ilə) ödənişsiz məzuniyyətə göndərsin.
Misal 4. Zoomağazalar, o cümlədən heyvanlar üçün yem satış məntəqələri sahəsində fəaliyyət göstərən işəgötürən qərar verir ki, boşdayanma ilə əlaqədar olaraq iş içazəsi ləğv edilən işçilərə işə gəlmədiyi günlərə görə hesablanan əmək haqqının 2/3-si ödənilsin.
Misal 5. Tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri sahəsində fəaliyyət göstərən işəgötürənin 6 işçisi var. İşçilərin iş icazələrinə qoyulan məhdudiyyətlər səbəbindən 3 işçi ödənişsiz məzuniyyətə çıxmaq üçün müraciət edir. İşəgötürən Əmək Məcəlləsinin 129-cu maddəsini əsas tutaraq işçilərin ödənişsiz məzuniyyətə göndərilməsini təmin edir.
Misal 6. Heyvan sığınacaqları ilə məşğul olan işəgötürəninin 2 işçisi var. İş icazəsi ləğv edilən işçi ödənişli məzuniyyətdən istifadə etmək qərarına gəldiyindən və ərizə ilə müraciət etdiyindən işəgötürən işçini Əmək Məcəlləsinin 114-cü maddəsinə uyğun olaraq əmək məzuniyyətinə göndərilməsinə qərar verir.
Misallardan göründüyü kimi, işəgötürənin heç bir halda işçinin əmək müqaviləsinə xitam verilməsini qeyd etməmişik. İşəgötürənlərə iş icazələrinə 50 faizlik məhdudiyyəti səbəb gətirərək işçiləri işdən azad etməsini məsləhət görmürük. Çünki bu cür hallar aşkar olunarsa, işəgötürənə qarşı məsuliyyət tədbirlərin görülməsi də qaçılmazdır.

Mks.az saytının ekspertləri əmək qanunvericiliyinin şərh edildiyi “Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr)

və kargüzarlığın təşkili, aparılması və bütün növ kadr rəsmiləşdirilməsini əhatə edən “A-dan Z-yə Kargüzarlıq” (III nəşr)

adlı 2 yeni nəşri SATIŞDA

 Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər