Maddi məsuliyyət müqaviləsinin imzalanmasının üstünlükləri nədir?

Maddi məsuliyyət müqaviləsinin imzalanmasının üstünlükləri nədir?

Satışda olan "Əmək Qanunvericiliyi və Şərhlər Toplusu 2020" kitabının "Əmək müqaviləsinə xitam qaydaları" bölməsindən seçmə

Bəzən təcrübədə rast gəlinir ki, maddi məsuliyyət müqaviləsi imzalamayan şəxs təşkilata maddi zərər vurur. Təbii ki, bu zaman maddi zərərin hansı səbəbdən vurulması önəmlidir. Misal üçün, işçi maddi zərəri qəsdən vurduqda burda artıq maddi məsuliyyət müqaviləsi o qədər rol oynamır. Konkret misal üzərində baxaq:

Misal. “A” MMC-nin maddi məsuliyyət müqaviləsi imzalamayan xəzinədarın cavabdeh olduğu kassanın inventarizasiya zamanı məlum olub ki, vəsait 1000 manat əskik gəlir. Xəzinədarın aylıq maaşı 300 manatdır. Əmək Məcəlləsinin 200-cü maddəsinə əsasən, tam maddi məsuliyyət barədə müqavilə bağlanmadıqda əməlində cinayət tərkibi olan təqsirli hərəkətləri istisna olunmaqla qalan hallarda işəgötürənə vurulan ziyana görə işçi yalnız orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır.
Deməli, işçinin işəgötürənə vurduğu maddi zərərin 1000 manat olmasına baxmayaraq, maddi məsuliyyət müqaviləsi imzalanmadığı üçün 300 manat məsuliyyət daşıyır. Hətta işəgötürən işçinin 1000 manat maddi ziyan vurması ilə bağlı məhkəmədə iddia qaldırsa da, məhkəmə maddi məsuliyyət müqaviləsi olmaması səbəbindən bu hal üçün yalnız işçinin orta aylıq əmək haqqı məbləğində məsuliyyət daşıması haqqında qərar verəcək.

Mks.az saytının ekspertləri əmək qanunvericiliyinin şərh edildiyi “Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr)

və kargüzarlığın təşkili, aparılması və bütün növ kadr rəsmiləşdirilməsini əhatə edən “A-dan Z-yə Kargüzarlıq” (III nəşr)

adlı 2 yeni nəşri SATIŞDA

 Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

 
 
 

0 Komment

    Şərh yazın