İşçi intizam tənbehi haqqında bildirişi imzalamaqdan imtina edərsə, akt necə tərtib olunmalıdır? (Nümünəvi forma)

İşçi intizam tənbehi haqqında bildirişi imzalamaqdan imtina edərsə, akt necə tərtib olunmalıdır? (Nümünəvi forma)

Satışda olan "A-dan Z-yə: Kargüzarlıq" (III nəşr) kitabının "İntizam tənbehi və mükafatın növləri və verilməsinin sənədləşdirilməsi" bölməsindən seçmə

Əgər işçi bildirişi almaqdan və sənədə imza atmaqdan imtina edərsə, bu barədə aşağıdakı məzmunda akt tərtib olunur.

"Alov” MMC
AKT №_____
İşçinin bildirişi almaqdan və izahat yazmaqdan imtina etməsi haqqında

Bakı şəhəri 17 avqust 2019-cu il


“Alov” MMC-nin direktorunun 17 avqust 2019-cu il tarixli, ___№-li əmri ilə yaradılmış Araşdırma komissiyasının sədri komissiya üzvlərinin iştirakı ilə 14 avqust 2019-cu il tarixində “Alov” MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 116 ünvanında yerləşən obyektində soyuducu avadanlıqlarda ərzağın xarab olmasının səbəblərinin aşkara çıxarılması məqsədilə hazırladığı işçinin izahat verməsi haqqında rəsmi bildirişi 17 avqust 2019-cu il tarixində Cəmiyyətin Elektromexanika sexinin elektriki Alıyev Ruslan Nərimanov oğluna təqdim etsə də, o, sənədi almaqdan və imza atmaqdan imtina etdi və hadisə ilə bağlı izahat verməyəcəyini bildirdi.

Komissiyanın sədri __________ Məmmədov H.Q.

Komissiyanın üzvləri:
___________ Əlişov M.Ə.
___________ Qarayev N.Ə.

17 avqust 2019-cu il

Mks.az saytının ekspertləri əmək qanunvericiliyinin şərh edildiyi “Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr)

və kargüzarlığın təşkili, aparılması və bütün növ kadr rəsmiləşdirilməsini əhatə edən “A-dan Z-yə Kargüzarlıq” (III nəşr)

adlı 2 yeni nəşri SATIŞDA

 Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

 
 
 

0 Komment

    Şərh yazın