İşəmuzd prosesi əmək müqaviləsində necə qeyd edilməlidir? (Nümünəvi forma)
Satışda olan "A-dan Z-yə: Kargüzarlıq" (III nəşr) kitabının "Əmək müqaviləsi məlumatlarının elektron sistemə daxil edilməsi qaydası" bölməsindən seçmə
Misal. İşəgötürən qərar verir ki, 10 ay müddətində, 5 günlük iş rejimində tam ştat vahidi suvaqçı vəzifəsi üzrə vakant yer yaradılsın və işçinin vəzifə maaşı 600 manat müəyyən edilsin. Həmçinin əmrdə qeyd edilir ki, işçinin əməyinin ödənilməsi işəmuzd olaraq həyata keçirildiyindən ona suvadığı hər kvadrat metrə görə 8 manat əmək haqqı ödənilsin.
Prosesin əmək müqaviləsində əks etdirilməsi aşağıdakı kimi olacaq:
§2. Əmək müqaviləsinin müddəti
2.1. Bu Əmək müqaviləsi müddətsiz bağlanmışdır: Yox
2.2. İşin birinci 2 (iki) ayı sınaq müddəti hesab edilir. Sınaq müddəti ərzində tərəflərdən biri digərini 3 (üç) gün əvvəl xəbərdarlıq etməklə Əmək müqaviləsini birtərəfli qaydada poza bilər.
2.3. Bu Əmək müqaviləsi AR Əmək Məcəlləsinin 47-ci maddəinin “c” bəndinə uyğun olaraq, işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallar səbəbinə görə 10 yanvar 2020-ci il tarixindən 10 noyabr 2020-ci il tarixinədək, 09 yanvar 2020-ci ildə 10 (on) ay müddətinə bağlanmışdır.
2.4. İşçi 10 yanvar 2020-ci il tarixindən işə başlayır.
§3. İşçinin əmək funksiyası
3.1. İşçi aşağıdakı əmək funksiyasının icrasını öhdəsinə götürür:
a)Binanın daxili divarlarını qüvvədə olan tikinti normativlərinə uyğun keyfiyyətlə suvamaq üçün hazırlayır;
b)Binanın daxili divarlarına 1 dəfə astar, 2 dəfə üz olmaqla suvaq çəkir;
c) …........................................................................................................;
(əmək funksiyası tam təfsilatı ilə sadalanmalıdır)
§4. Əmək şəraitinin şərtləri
İşəgötürən aşağıdakı əmək şəraiti yaradılmasını və onun şərtlərinin təmin olunmasını öhdəsinə götürür:
Əmək haqqı üzrə
4.1. İşçiyə hər ay 600 (altı yüz) manat məbləğdə əmək haqqı ödənilir;
4.2. Əmək haqqı:
- _____________ manat məbləğində tarif haqqından (vəzifə maaşından);
- tarif haqqına (vəzifə maaşına) ____________________ faizi miqdarda əlavədən ibarətdir;
4.3. İşçiyə ______________ məbləğdə __________________________ mükafat verilir;
(aylıq, rüblük, illik)
4.4. İşçi əmək funksiyasını əmək _______________________________
(zərərli, ağır, yeraltı və s.)
şəraitli iş yerində icra etdiyi üçün onun əmək haqqına ______________ məbləğdə əlavə müəyyən edilir;
4.5. İşçiyə iş vaxtından artıq vaxtda, istirahət, səsvermə, ümumxalq hüzn günü və iş günü hesab edilməyən bayram günlərində işlədikdə _____________ məbləğdə və ya _____________ qayda ilə hesablanmış Əmək Məcəlləsində nəzərdə tutulandan artıq əlavə əmək haqqı verilir;
4.6. Əmək haqqı:
- həftədə bir dəfə ____________________________________
(həftənin günü)
- ayda iki dəfə ____________________________________________
(ayın maaş verilən günləri)
- ayda bir dəfə, ayın sonuncu iş günü ödənilir;
(ayın günü)
- əmək haqqı və digər ödənclər işçinin ______________Beynəlxalq Bankdakı____________
(bankın adı)
hesabına köçürülür;
4.7. Tərəflərin əmək haqqının ödənilməsi barədə razılığa gəldikləri digər şərtlər:
İş icraçısı tərəfindən qəbul edilən, işçinin suvadığı divarın hər kvadrat metrinə görə 8 (səkkiz) manat işəmuzd qiymət əsasında ona Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 149-cu maddəsinə uyğun olaraq aylıq əmək haqqı hesablanılır.
4.8. Əmək haqqından yalnız qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada tutulmalara yol verilir. Həmin tutulmalar haqqında işçi qabaqcadan məlumatlandırılır.
İş və istirahət vaxtı üzrə
4.16. İşçi gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmayaraq işləyir;
4.17. İş saat 09:00-da başlanır, saat 18:00-da qurtarır;
4.18. Nahar vaxtı saat 14:00-dan saat 15:00-dəkdir;
4.19. İşçi hər gün _____________ saat natamam iş günü işləyir;
4.20. İşçi həftədə __________ gün natamam iş həftəsi ilə işləyir;
4.21. İş __________ növbəlidir:
- Birinci növbə saat __________ başlanır və saat __________ qurtarır;
- İkinci növbə saat __________ başlanır və saat __________ qurtarır;
- Üçüncü növbə saat __________ başlanır və saat __________ qurtarır;
4.22. İşə gəlib getməsi üçün nəqliyyatla təmin edilir hə;
4.23. İstirahət günləri hər həftənin şənbə və bazar günləridir;
4.24. İşçiyə iş vaxtından artıq işlərin yerinə yetirilməsinə görə qanunvericilikdə nəzərdə tutulan məbləğdən __________ artıq məbləğdə haqq ödənilir;
4.25. İşçi iş vaxtından kənar vaxtda və ya işəgötürənin razılığı ilə iş vaxtı ərzində işəgötürənlə rəqabətdə olmayan müəssisədə əlavə iş yerində əvəzçilik üzrə işləyə bilər.
Mks.az saytının ekspertləri əmək qanunvericiliyinin şərh edildiyi “Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr)
və kargüzarlığın təşkili, aparılması və bütün növ kadr rəsmiləşdirilməsini əhatə edən “A-dan Z-yə Kargüzarlıq” (III nəşr)
adlı 2 yeni nəşri SATIŞDA
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
0 Komment
Şərh yazın