İşçinin əvvəlki 12 ayda qazancı olmazsa, müavinət necə hesablanır?

İşçinin əvvəlki 12 ayda qazancı olmazsa, müavinət necə hesablanır?

Satışda olan "Əmək Qanunvericiliyi və Şərhlər Toplusu 2020" kitabının "Müavinətlər" bölməsindən seçmə

Təcrübədə rast gəlinən hallardan biri odur ki, 6 aydan çox sosial stajı olan işçinin müəyyən səbəblərdən əvvəlki 12 tam ayda hər hansı gəliri olmur. Misal. Tutaq ki, qısmən ödənişli məzuniyyətdən geri qayıdan işçi əmək qabiliyyətini müvəqqəti itirib. Təbii ki, işçi əvvəlki 12 ayda qısmən sosial məzuniyyətdə olduğu üçün hər hansı qazanca malik deyil.
Əsasnamənin 28-ci maddəsində qeyd edilir ki, sığortaolunanın əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayında əmək fəaliyyəti olmamışdırsa, onda bir iş gününə düşən orta gündəlik qazanc işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə qanunvericiliklə müəyyən edilmiş minimum aylıq əməkhaqqının qüvvədə olan məbləğinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydakı iş günlərinin sayına bölünməsi ilə tapılır.
Qaydanı misalla izah edək.

Misal 1. “AA” MMC-nin 15 illik sosial staja malik olan işçisi 10-20 oktyabr 2019-cu il tarixlərində əmək qabiliyyətini itirib. Bu halda hesablama aparmağımız üçün aşağıdakı göstəricilər bizə lazım olacaq:
- İşçinin əmək qabiliyyətini itirdiyi dövrdə minimum aylıq əmək haqqı – 250 manat;
- İşçinin əmək qabiliyyətini itirdiyi ayda iş günlərinin sayı – 23 gün
- İşçinin əmək qabiliyyətini itirdiyi dövrdə iş günlərin sayı – 6 iş günü
- İşçinin sosial staja və ya sosial kateqoriyaya görə hesablanan müavinətin faiz miqdarı - 100 faiz (çünki işçinin sosial stajı 12-dən çoxdur)
İşçinin əvvəlki 12 təqvim ayı ərzində fəaliyyəti olmadığı halda, verilən göstəricilərə uyğun olaraq müavinətini hesablayaq:
Müavinət = (((Minimum əmək haqqı)/ Əmək qabiliyyətini itirdiyi ayda iş günlərin sayı) x İşçinin əmək qabiliyyətini itirdiyi dövrə iş günlərin sayı) x Müavinətin faiz miqdarı
Müavinət = ((250 manat / 23 gün) x 6 gün x 100 faiz= 65,22 manat
Deməli işçiyə əmək qabiliyyətini müvəqqəti itirdiyi dövr üçün 65, 22 manat məbləğində müavinət hesablanaraq ödəniləcək.
Başqa bir misal üzərindən proqram təminatında göstəricilərin sistemə işlənilməsini nəzərdən keçirək.
Misal 2. “A” MMC-nin işçisi 20 avqust 2019-cu il tarixdən 10 sentyabr 2019-cu il tarixədək əmək qabiliyyətini müvəqqəti itirib. İşçi analıq və qismən ödənişli sosial məzuniyyətdən 08 avqust 2019-cu il tarixində qayıtdığı üçün son 12 ayda əmək haqqı almayıb.
Bu halda proqram təminatının “yekun müavinətin məbləğinin təyin edilməsi” bölməsində “əvvəlki 12 ayı işləməyib” bölməsini aktiv etmək lazımdır.
2019-cu ilin avqust ayında əmək haqqı 180 manat olduğu üçün, həmin ay üzrə müavinət hesablanması zamanı bu məbləğ iş günlərinin sayına bölünməklə bir günün qazancı tapılır. 2019-cu ilin sentyabr ayından minimum əmək haqqı artdığı üçün 250 manat əsas götürülür.

Mks.az saytının ekspertləri əmək qanunvericiliyinin şərh edildiyi “Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr)

və kargüzarlığın təşkili, aparılması və bütün növ kadr rəsmiləşdirilməsini əhatə edən “A-dan Z-yə Kargüzarlıq” (III nəşr)

adlı 2 yeni nəşri SATIŞDA

 Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

0 Komment

    Şərh yazın