Tarif (vəzifə) maaşı, əmək haqqına əlavə və mükafat əmək müqaviləsində necə əks etdirilməlidir? (Nümünəvi forma)

Tarif (vəzifə) maaşı, əmək haqqına əlavə və mükafat əmək müqaviləsində necə əks etdirilməlidir? (Nümünəvi forma)

Satışda olan "A:dan Z-yə Kargüzarlıq" (III nəşr) kitabının "Əmək müqaviləsi məlumatlarının elektron sistemə daxil edilməsi qaydası" bölməsindən seçmə

Vaxtamuzd əmək haqqı sisteminə uyğun hesablama haqqında məlumat verməmişdən öncə Əmək Məcəlləsinin əməyin ödənilməsi ilə bağlı tələblərini nəzərdən keçirək. Əmək Məcəlləsinin 157-ci maddəsinə əsasən, işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir.
Həmin maddənin üçüncü hissəsinə əsasən, əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir:
Tarif (vəzifə) maaşı — işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir.
Əmək haqqına əlavə — əmək şəraiti ilə əlaqədar əvəz ödəmək və ya həvəsləndirmək məqsədilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir.
Mükafat — əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir.
Qeyd edək ki, Əmək məcəlləsinin 156-cı maddəsinə əsasən, əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir.
İndi isə ilkin olaraq vaxtamuzd əməyin ödənilməsi sisteminin elektron informasiya sistemi və kargüzarlıqda qeyd edilməsinə aydınlıq gətirək.
Misal. Tutaq ki, işçiyə aylıq vəzifə (tarif) maaşı olaraq 500 manat əmək haqqı nəzərdə tutulub. Bundan əlavə, işçiyə elmlər doktoru olduğuna görə 100 manat, iş yeri dəniz səviyyəsindən hündürlükdə yerləşdiyinə görə ümumi dərs yükünün 10%-i qədər əlavə ödəniləcək. Bundan əlavə, illik olaraq əmək haqqının 100 faizi həcmində mükafat veriləcək.
Bu zaman elektron informasiya sistemində qeydlər aşağıdakı kimi olur:
Zəruri qeyd: Elekton informasiya sistemində əlavə və ya mükafatın faiz nisbətində qeyd edilməsi mümkün olmur. Bu cür əlavələr elektron informasiya sistemində manat ekvivalentində qeyd edilsə də, yazılı əmək müqaviləsində faiz göstəricisi kimi qeyd oluna bilər. Qeyd olunan şərtlərin əmək müqaviləsində əks etdirilməsinə baxaq.
—————————————————————————————
§4. Əmək şəraitinin şərtləri
İşəgötürən aşağıdakı əmək şəraiti yaradılmasını və onun şərtlərinin təmin olunmasını öhdəsinə götürür:
Əmək haqqı üzrə
4.1. İşçiyə hər ay 650 (altı yüz əlli) manat məbləğində əmək haqqı ödənilir.
4.2. Əmək haqqı:
- 500 (beş yüz) manat məbləğində tarif haqqından (vəzifə maaşından);
- İşçiyə elmlər doktoru olduğuna görə 100 manat;
- İş yerinin dəniz səviyyəsindən hündürlükdə yerləşməsinə görə ümumi dərs yükünün 10%-i qədər əlavə ödəniləcək..
4.3. İşçiyə ilin sonunda aylıq vəzifə maaşının 100%-i məbləğində mükafat verilir. (aylıq, rüblük, illik).
4.4. İşçi əmək funksiyası ——————-_________ əmək şəraitli iş yerində (zərərli, ağır, yeraltı və s.) icra etdiyi üçün onun əmək haqqına ______———_________məbləğdə əlavə müəyyən edilir.
4.5. İşçi iş vaxtından artıq - istirahət, səsvermə, beynəlxalq hüzn günü və iş günü hesab edilməyən bayram günlərində işlədikdə ona normadan artıq işlənmiş hər saat üçün aylıq əməkhaqqının gündəlik və saatlıq normasının ikiqat məbləğində və istirahət, səsvermə, beynəlxalq hüzn günü və iş günü hesab edilməyən bayram günləri üçün isə gündəlik normanın iki qatı məbləğində ödəniş olunacaq.
2. Əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində, istehsalın səmərəliliyinin və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədilə mükafatlandırma, o cümlədən il ərzində işin yekunlarına görə mükafat və maddi həvəsləndirmənin digər formaları tətbiq edilə bilər.

—————————————————————————————

4 Komment

  1. Babayev Ramil 06 Sentyabr 2020

    1 stavka Tecili Yardim sürücüsü olaraq emek haqqima elave xerey pulu nece hesablanir ??

  2. Talıbzadə Elsevər 05 Noyabr 2021

    Salam. İşəmuzd işəyən bir işçinin işinin qarşılığında aldığı maaşdan əlavə onun üçün təin edilmiş vəzifə maaşı hər ay işinin qarşılığında aldığı maaşla birlikdə verilməlidirmi? Yəni vəzifə maaşı ( məs 250manat) + işinin qarşılığında aldığı maaş( 750 manat) Aylıq gəliri 1000 manat olmalıdır yoxsa 750 manat? Zəhmət olmazsa sualımı cavablandırdınazdınız.

  3. MEHRİBAN 17 May 2022

    SALAM İŞÇİNİN MAASI 450 MANATDİSA MÜDİRİN MAASI NE QEDER OLMALIDI

  4. Zaur Həsənov 16 Mart 2023

    Bayram pulunu hesablayarkən aylıq vəzifə maaşının üstünə əlavələr və işin ağırlığına görə faizlər (Məsələn xəstəxanada işin ağırlığına görə verilən faizlər) də hesablanırmı ?

Şərh yazın